Azercell'dən uşaqlara sağlam gülüş hədiyyə: Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

Azercell'dən uşaqlara sağlam gülüş hədiyyə: Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

Texnologiya
26.07.2018 PAYLAŞIM

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə Yer üzündə 5 milyarda yaxın insan diş problemlərindən əziyyət çəkir. Azərbaycanda isə böyük hissəsi uşaqlar olmaqla əhalinin 80 faizə yaxını diş ağrıları ilə üzləşir. Özəlliklə uşaq evlərində məskunlaşan ata-ana qayğısından uzaq, kimsəsiz uşaqların bu baxımdan çətinliklər yaşayır. Aparılan araşdırmalar uşaq müəssisələrində məhz diş xəstəlikləri ilə bağlı ciddi problemlərin olduğunu ortaya çıxarıb. Azərbaycandakı uşaq evlərinin 90 faizində stomatoloji kabinetin olmadığını nəzərə alan “Azercell Telekom“ MMC 2009-cu il dekabrın 15-də fəaliyyətinin 13 illiyində daima dəyər verdiyi uşaqlara hədiyyə olaraq ən müasir tibbi avadanlıqla təchiz olunmuş “Mobil Diş Klinikası”nı təqdim edib. “Mobil Diş Klinikası” məhz uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönəlib.


Bənzər xəbər


Fəaliyyəti boyu minlərlə uşağa sağlam gülüş hədiyyə edən klinikanın həkimləri bu ilin ilk 6 ayı ərzində öz ənənəsinə sadiq qalaraq, 400-dən artıq uşağın müayinə və müalicəsini həyata keçirib. Yanvar və fevral aylarında həkimlər Əhmədli qəs., 3 saylı uşaq evində 100-ə yaxın uşağa diş problemlərin həllində yardımçı olublar. Mart ayında Pirşağı qəsəbəsində yerləşən Xocalı rayon 2 saylı orta məktəbdə təhsil alan 47, apreldə Lökbatan qəsəbəsi uşaq sanatoriyasında müalicə alan 76, mayda Nərimanov rayonu, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində yaşayan 98, iyun ayında isə Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinin 125 uşağı bu pulsuz müayinədən yararlanıb.

Qeyd edək ki, fəaliyyət göstərdiyi 9 il ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikası”nın həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu tədqirdə müalicə alıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×