Azercell'lə nura doğru: 'Mobil Göz Klinikası' daha 800-ə yaxın insana dəstək oldu

Azercell'lə nura doğru: 'Mobil Göz Klinikası' daha 800-ə yaxın insana dəstək oldu

28.07.2018 PAYLAŞIM

Yüzlərlə sosial təşəbbüsü dəstəkləyən “Azercell Telekom” MMC-nin faydalı və orijinal layihələrindən biri “Mobil Göz Klinikası” bu ilin ilk 6 ayı ərzində həyata keçirdiyi müayinə və müalicələrin hesabatını açıqlayıb. Bu ilin yanvar-iyun ayları ərzində 800-ə yaxın insan klinikanın pulsuz yardımından yararlanıb. Bakı şəhəri Nizamı rayonunda 41, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 43, Lökbatan qəsəbəsində 37, Bərdə rayonunda məskunlaşan 45 məcburi köçkün klinikanın həkimləri tərəfindən müayinə və mülicə edilərək, sağlamlıqlarına qovuşublar. Bundan əlavə, Abşeron rayonu, Zəngilan şəhərciyi 33 saylı tam orta məktəbdə təhsil alan 47, "Ümid yeri" sığınacağından 46, Ucar rayonu Ümumi orta internat məktəbindən 57, Sumqayıt şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbindən 54, Xaçmaz rayonu kənd orta məktəblərindən 55, Pirşağı qəsəbəsi 10 N-li internat məktəbindən 42 uşaq müayinə və müalicəyə cəlb olunub. Ismayıllı rayonu “Hüquq dünyası” humanitar ictimai birliyində aztəminatlı 42, Kürdəmir rayonunda 37, Sabunçu rayonu Rus icmasından 38, Xırdalan şəhəri 1 saylı yataqxanada yaşayan 46, Yasamal rayonu "Duyğu" sosial reabilitasiya ictimai birliyindən 41, Göyçay şəhəri Gənclər ictimai birliyindən 37, Əmircan qəsəbəsi Qızıl Aypara cəmiyyətindən 38, Xırdalan şəhəri Mühəndislik universitetindən 38 nəfər pulsuz müayinədən yararlanıb.


Bənzər xəbər


Qeyd edək ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edilməsidir. Azercell-in respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqlar, mütəxəssislərin müayinəsindən keçir, gözlərin qorunması üçün zəruri məsləhətlər alırlar. “Mobil Göz Klinikası” Bakı şəhəri daxil olmaqla Azərbaycanın əksər rayonlarında uşaq və ahıllar evlərini, məktəbləri ziyarət edir. 2017-ci ildə Azercell “Mobil Göz Klinikası”nda Bakı və bölgələrdən 1426 nəfər pulsuz göz müayinəsindən keçib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×