Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

11.03.2019 PAYLAŞIM

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC hər zaman fəaliyyətində sosial layihələrə xüsusi yer ayırır. Azercell-in dəstəyi ilə 2011-ci il iyun ayının 1-də yaradılan “Mobil Göz Klinikası” bu layihələrdən biridir. Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası”nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır. Bu ilin fevral ayında klinikanın həkimləri Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin 5 saylı Bərpa və Sosioloji Mərkəzinə səfər ediblər. Layihə çərçivəsində 25 uşaq oftalmoloji müayinədən keçib. Ehtiyacı olan şəxslərə lazımi müalicə yazılıb və müvafiq eynəklər təyin edilib.


Bənzər xəbər


Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətə başladığı gündən “Mobil Göz Klinikası” paytaxt Bakı daxil olmaqla Azərbaycanın əksər rayonlarda yerləşən uşaq və ahıllar evlərini, məktəbləri gəzib və 7500-ə yaxın şəxsə xidmət göstərib. Məlumat üçün qeyd edək ki, 2018-ci il ərzində Azercell “Mobil Göz Klinikası”nda 1368 nəfər müayinədən keçib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×