Azercell sosial mediada da liderdir! Şirkət yenidən “Socially Devoted” sertifikatına layiq görülüb

Azercell sosial mediada da liderdir! Şirkət yenidən “Socially Devoted” sertifikatına layiq görülüb

Texnologiya
20.07.2018 PAYLAŞIM

Ölkədə sosial şəbəkələr üzərindən və onlayn rejimdə ilk müştəri xidmətləri təqdim edən “Azercell Telekom” MMC yüksək xidmət səviyyəsini və peşəkarlığını bir daha sübut edib. 2018-ci ilin birinci rübündə rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni operativ şəkildə cavablandırdığına görə beynəlxalq “Socialbakers” şirkəti tərəfindən “Socially Devoted” sertifikatına layiq görülüb. Bu nailiyyəti daha da təqdirəlayiq edən məqam Azercell-in rəsmi Facebook səhifəsində 440 000-dən artıq izləyici sayıdır və bu rəqəm böyümə dinamikasına malikdir.

Şirkət Twitter sosial şəbəkəsində də abunəçilərinin bütün suallarını cavablandıraraq, bu göstərici ilə növbəti dəfə digər mobil operatorları geridə qoyub. Şirkətin Twitter, İnstagram rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 600 000-ə yaxın istifadəçisi var. Onlar 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və 6 fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər. Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaqla yanaşı sosial şəbəkələr üzərindən şirkətlə əlaqə quran abunəçi ən qısa zamanda ehtiyacı olan məlumatı əldə edir, müraciətinin həllini tapır.

Bənzər xəbər


Qeyd edək ki, “Socialbakers” (https://www.socialbakers.com) dünyada sosial şəbəkələrin monitorinqini apararaq, 75 ölkədən çox olan minlərlə abunəçiyə xidmət göstərir. Şirkət müştəri suallarının cavablandırılması səviyyəsi üzrə yüksək göstəriciyə imza atan şirkətləri mükafatla təltif edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×