Azercell Telekom'un Barama mərkəzinin dəstəyi ilə Azərbaycanda A’Startap Sammiti keçirildi

Azercell Telekom'un Barama mərkəzinin dəstəyi ilə Azərbaycanda A’Startap Sammiti keçirildi

Texnologiya
24.07.2018 PAYLAŞIM

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə ölkəmizdə daha bir layihə reallaşdı. “Aforyouth” təşkilatı ilə birlikdə Azercell və “PAŞA” Bankın baş sponsorluğu ilə 18-20 iyul tarixlərində Bakıda “A’Startap Sammiti 2018” və intensiv seminar keçirildi. 3 günlük tədbir sahibkarların, gənc liderlərin biznes və yaradıcılıq bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil edildi. Tədbirin ilk günü işgüzar əlaqələrin qurulmasına həsr olundu: beynəlxalq arenaya çıxmağa can atan 45 yerli sahibkar bir-birini tanımaq və gələcək potensial tərəfdaşlarla əlaqələr qurmaq imkanı əldə etdi. Komandanın formalaşmasından sonra müxtəlif biznes metodlarından istifadə edərək problemin müəyyənləşdirilməsi həyata keçirildi. Sammitin ikinci günü gənc startapları narahat edən problemlərin müzakirəsinə və onların həlli istiqamətində müəyyən tövsiyyələrin verilməsinə həsr olundu. Tədbirin sonuncu günü 20 iyulda isə Azərbaycanın biznes icması üçün açıq gün təşkil olundu və iştirakçılar son iki gündə formalaşdırdıqları startap ideyalarını müvafiq şirkətlərə təqdim etdilər.


Bənzər xəbər


Beləliklə, qaliblərin adları açıqlandı: "Studentsy" layihəsi ilə Ilkin Bayramlı, Nəriman Məmmədli, Naseh Bədəlov 1-ci yerin qalibi oldular. 2-ci yerə “BestFit" layihəsi ilə Valid Məmmədli, Nərmin Nəsirova, Xəyalə Mirzəyeva, 3-cü yerə isə "Rise in rice" Camal Əhmədov, Ləman Əsədli layiq görüldülər.

Qalib komandalara gələcəkdə Barama Mərkəzində ideyaları üzərində işlərini davam etmək şansı yaradıldı və əlavə olaraq da Start Coworking Mərkəzindən hədiyyə şəklində aşağıdakılar təqdim olundu:

1-ci yer - bir aylıq ödənişsiz ofis sahəsi (bütün xidmətlər daxil, 1nəfər)

2-ci yer - bir həftəlik ödənişsiz ofis sahəsi (bütün xidmətlər daxil, 1nəfər)

3-cü yer - 3 günlük ödənişsiz ofis sahəsi (bütün xidmətlər daxil, 1nəfər)

Qeyd edək ki, Azərbaycanda yaradılmış ilk İnkubasiya mərkəzi olan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi zəngin təcrübə, peşəkar mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyinə malik olması ilə fərqlənir. Barama İT layihələri, Bulud Hesablamalar (Cloud Computing) və Biznes Həlləri, Oyunlar, IOT, Fintech, Kənd Təsərrüfatında İnnovativ Həllər, Virtual Reallıq, İnkişaf Etmiş Reallıq və Süni İntellekti dəstəkləyir. Mərkəz Azərbaycanda bir sıra yüksək səviyyəli beynəlxalq yarışların təşkilatçısıdır, startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək göstərir.

“Aforyouth” - tələbələrə və gənc mütəxəssislərə öz ideyalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edən yerli gənclər təşkilatıdır. Təşkilat bu gəncləri istiqamətləndirməklə yanaşı, onlara ölkədən kənarda eyni zamanda həm təhsil almaq, həm də işləmək imkanı yaradır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×