Azercell XXV 'TİBO-2018' sərgisində ölkəmizi təmsil edib

Azercell XXV 'TİBO-2018' sərgisində ölkəmizi təmsil edib

21.05.2018 PAYLAŞIM

Azərbaycan rabitə bazarının lider şirkəti Azercell Telekom ölkəmizi daha bir beynəlxalq sərgidə təmsil edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Belarusun paytaxtı Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda Azercell özünün ən son yeniliklərini, 3G və 4G texnologiyalarını, korporativ strukturlar üçün M2M texnologiyaları üzərində çalışan müxtəlif xidmətləri, eləcə də şirkətlər üçün mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan Virtual ATS xidmətini təqdim edib. Belarusun baş naziri Andrey Kobyakov və digər rəsmi şəxslər sərgiyə təşkil olunan VİP tur çərçivəsində Azərbaycan Milli Pavilyonuna baş çəkərək, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə yaxından tanış olublar.


Bənzər xəbər


Dünyanın 15 ölkəsindən 100-dən çox şirkətin öz məhsullarını təqdim etdiyi sərgi-forum informasiya texnologiyaları sahəsində yeni nailiyyətlər və qabaqcıl təcrübə mübadilə üçün qlobal platforma hesab olunur. "TİBO-2018" sərgisini dövlət idarəetmə orqanları, elmi-tədqiqat və tədris müəssisələri, müxtəlif iqtisadi sahələr və mülkiyyət formalı müəssisələrin 18 000-dən çox nümayəndəsi ziyarət edib. Qeyd edək ki, Azercell dəfələrlə ölkəmizi beynəlxalq sərgi və konfranslarda uğurla təmsil edərək nüfuzlu mükafatlara layiq görülüb.


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.


Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×