Azercell yeni 'Audio Kitablar' layihəsini təqdim etdi

Azercell yeni 'Audio Kitablar' layihəsini təqdim etdi

Texnologiya
27.11.2018 PAYLAŞIM

Artıq mobil telefonda kitab oxumaq daha rahat olacaq. Çünki Azercell Telekom öz abunəçilərinə elektron kitabların həm də səsli versiyasını yükləmək imkanını yaradıb. Yeni “Audio Kitablar” (“Audiobook”) xidməti çərçivəsində geniş oxucu rəğbəti qazanmış kitablar səsli formatda hazırlanıb. Kitablar “Barama Media” mərkəzi tərəfindən Azərbaycan dilində səsləndirilib. İlk olaraq dünya və Azərbaycan klassik ədəbiyyatının tanınmış nümunələri istifadəçilərə təqdim edilib. Növbəti mərhələdə isə müasir ədəbiyyat nümunələrimizin də səsli versiyasının hazırlanması planlaşdırılıb.

26 Noyabr 2018-ci il tarixində “Audio Kitablar” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirə “Bookmate” şirkətinin baş direktoru Andrey Bayev, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev, şair və yazar Qismət Rüstəmov kimi tanınmış simalar, qonaqlar və jurnalistlər qatılıb. “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxışı zamanı müasir cəmiyyətdə mütaliə mədəniyyətinin təbliğ olunmasının vacibliyindən, bu zəmində “Bookmate” və “Audio Kitablar” xidmətlərinin rolundan danışıb. O, həmçinin qeyd edib ki, müsair dövrün tələblərinə cavab verən, yaradıcılıq və internetin birgə ahəngini özündə birləşdirmiş bu xidmətlər həm məşhur ədəbiyyat nümunələrimizin, həm də müasir yaradıcılığın tanıdılmasında müstəsna rol oynayacaq. Tədbir Pantomim teatrının bədii nömrələri ilə müşayiət olunub.

Bənzər xəbər



“Audio Kitablar” xidməti Azercell şirkətinin Bookmate layihəsi çərçivəsində təqdim olunur. Bu xidmətin köməyilə mobil cihaz istifadəçiləri asudə vaxtlarında məkandan asılı olmayaraq istənilən yerdə arzuladıqları kitabları dinləyə bilərlər. Xidmətin məqsədi gənc nəslə ədəbiyyata marağı aşılamaq, doğma dilimizdə ədəbi kontentin geniş müstəvidə təbliğ olunmasına dəstək olmaqdır.


Qeyd edək ki, “Bookmate” – mobil telefonla yanaşı, istənilən elektron cihaz üzərindən kitabların oxunmasını mümkün edən bir xidmətdir. Tətbiq dünyanın 12 dilində ədəbi, elmi, bədii və digər janrları əhatə edən 850 mindən çox kitabı özündə cəmləyib. Bu populyar beynəlxalq platformaya abunəliyi ölkəmizdə Azercell şirkəti təqdim edir. Bu kitabxana oxucuları, müəllifləri, nəşriyyatları, brendləri və yayım şirkətlərini bir araya gətirir. “Bookmate”-də aktiv oxucular tanış olduqları kitablar barədə rəy yazır, digərlərinə də maraqlı əsər tapmaqda yardımçı olurlar.

Xidmətin ən mühüm üstünlüklərindən biri də kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitab cihaza yox, abunəçinin şəxsi kitabxanasına əlavə edilir. Ona görə də kitabları istənilən vaxt, istənilən yerdə və istənilən cihazdan oxumaq mümkündür. Onu da qeyd edək ki, əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate”-dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Xidmət haqqında ətraflı məlumatı və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×