Logo
    main-post-cover

    “Azercosmos” beynəlxalq DIFI Konsorsiumuna qoşulub

        “Azercosmos” beynəlxalq DIFI (Digital Intermediate Frequency Interoperability) Consortium-a üzv olub. Üzvlük şirkətə qlobal peyk rabitəsi ekosistemində beynəlxalq əməkdaşlığı genişləndirmək imkanı yaradacaq.
        Technote.az xəbər verir ki, konsorsiuma qoşulmaq “Azercosmos”a texniki işçi qruplarında iştirak etmək və sənaye standartlarının hazırlanmasına töhfə vermək imkanı qazandırır. Şirkət həmçinin beynəlxalq standartlara uyğun proqram həlləri və tənzimləyici yanaşmalar üzrə fəaliyyətini genişləndirəcək.
        Üzvlük çərçivəsində yeni kommersiya imkanlarının yaradılması da nəzərdə tutulur. Bununla yanaşı, peşəkar təlim proqramlarına çıxış imkanları əldə olunacaq.
        “Azercosmos” hazırda bir sıra beynəlxalq təşkilatların da aktiv üzvüdür. Bunlar arasında WTA, ISNET, GSOA və IAF yer alır.
        Şirkət beynəlxalq əməkdaşlıqlar vasitəsilə peyk rabitəsi sahəsində fəaliyyətini genişləndirməyə davam edir. Yeni üzvlük qlobal peyk sənayesində texniki və kommersiya imkanlarının artırılmasına xidmət edəcək.
    Paylaş