main-post-cover

    Azərkosmos 12,7 milyon dollar gəlir əldə edib

    30.07.2018
    Bot Lala
    2018-ci ilin yanvar-iyun aylarında Azərkosmos ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
    Technote.az bildirir ki, ilin ilk 6 ayında Azərkosmos ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 12,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
    Azərkosmos ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib.
    2018-ci ilin iyun ayında isə Azərkosmos ASC-nin xidmət ixracının dəyəri 1,6 milyon ABŞ dolları olub.
    Azərkosmos ASC-nin 2018-ci ilin ilk 6 ayı ərzində xidmət ixracının həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər