'Azərkosmos' 'CSTB 2020' sərgi-forumunda yeni əməkdaşlıq müqavilələri imzalayıb

'Azərkosmos' 'CSTB 2020' sərgi-forumunda yeni əməkdaşlıq müqavilələri imzalayıb

Texnologiya
30.01.2020 PAYLAŞIM

    Bakı, 30 yanvar 2020 – “Azərkosmos” ASC 28-30 yanvar tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “CSTB 2020” sərgi-forumunda iştirak edib.

    “CSTB” sərgisi telekommunikasiya sahəsində artıq 20 ildən çoxdur ki keçirilir və sərgidə Rusiya və MDB ölkələrindən televiziya yayımı, rəqəmsal media və peyk xidmətləri təqdim edən aparıcı şirkətlər öz məhsullarını nümayiş edir.


    Sərgi  çərçivəsində “Azərkosmos” və Rusiyanın “VES-Media” (ВЕС-Медиа) şirkətinin “Yuveliroçka” kanalı və Tatarıstan Respublikasının “Novıy Vek” (Телерадиокомпания Новый Век) tele-radio şirkətinin “TNV Planet” (ТНВ Планета) kanalları arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, fevral ayından etibarən “Yuveliroçka” və “TNV Planet” kanalları “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq.

    “Yuveliroçka” kanalı Rusiyada zərgərlik sahəsində 24 saat canlı yayım aparan televiziya kanalıdır və kanalın efirində zərgərlik sahəsinin tarixi, eksklüziv zinət əşyalarının reklamı, eləcə də bu sahə üzrə auksion proqramlar nümayiş olunur. “TNV Planet” kanalı isə Tatarıstanın mədəni irsinin qorunmasına həsr olunan televiziya kanalıdır. “TNV Planet” kanalı rus və tatar dillərində xəbər, məlumatlandırıcı, əyləncəli, bədii və öz istehsal proqramlarını izləyicilərinə təqdim edir.

    Yeni kanallar sayəsində hazırda “Azerspace-1” peykində nümayiş olunan rusdilli kanalların sayı artacaq və bu da  regionda rusdilli kanallara olan tələbatı qarşılamaqla “Azerspace-1” peykinin orbital mövqeyinin daha da populyarlaşması üçün əlavə imkanlar yaradacaq.

    Sözügedən kanalların yayım tezlikləri aşağıdakı kimidir:

- “Yuveliroçka” kanalının tezliyi: 11095/H/3000

- “TNV Planet” kanalının tezliyi: 11015/H/13000

    “Azərkosmosla qurulan əməkdaşlığımız sayəsində “Yuveliroçka” kanalı nəinki Rusiya və MDB məkanında, o cümlədən “Azerspace-1” peyki vasitəsilə 30-dan çox ölkədə yayımlanacaq. Biz inanırıq ki, bu kanala Azərbaycanlı izləyicilərin də marağı yüksək olacaq. Öz növbəmizdə bizə beynəlxalq televiziya yayımına çıxış imkanı yaratdığı üçün etibarlı tərəfdaşımız “Azərkosmos”a təşəkkür edirik və bu əməkdaşlığımızın uzunmüddətli olacağına əminik”, - deyə “VES-Media” şirkətinin distributor meneceri Yuliya Averkina bildirib.

    Həmçinin, sərgi  iştirakçılarına “Azərkosmos”un MDB regionu üzrə satış təmsilçisi tərəfindən şirkətin fəaliyyəti və “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri haqqında geniş məlumat verilib və təqdimat keçirilib.

    “Azərkosmos” ASC haqqında:

    Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com  internet səhifəsindən ala bilərsiniz.   

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×