“Azərkosmos” və PROFEN arasında peyk rabitəsi üzrə əməkdaşlıq sazişi imzalanıb
Elm & Texnologiya
07.05.2026
Farid
Türkiyənin peyk rabitəsi həlləri təminatçısı PROFEN ilə “Azərkosmos” arasında peyk tutumlarının istifadəsinə dair əməkdaşlıq sazişi imzalanıb. Saziş SAHA Expo çərçivəsində rəsmiləşdirilib.
Technote.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində PROFEN Azerspace-1 və Azerspace-2 peyklərinin imkanlarından istifadə edəcək. Şirkət Türkiyə, Avropa, Yaxın Şərq və Afrika regionlarında peyk rabitəsi xidmətləri göstərməyi planlaşdırır.
Saziş mobil rabitə xidmətlərini də əhatə edir. Buraya təyyarədaxili internet xidmətləri və dəniz sektoru üçün peyk bağlantıları daxildir.
Əməkdaşlığın əsas məqsədi regionda artan internet və rabitə tələbatını qarşılamaqdır. Tərəflər daha çevik və etibarlı rabitə həllərinin təqdim olunmasını hədəfləyirlər.
Yeni tərəfdaşlıq peyk rabitəsi imkanlarının genişləndirilməsinə xidmət edəcək. Layihə müxtəlif regionlarda bağlantı xidmətlərinin inkişafını dəstəkləyəcək.
Paylaş