Azərkosmos Vergi Məcəlləsinin bəzi tələblərini pozub

Azərkosmos Vergi Məcəlləsinin bəzi tələblərini pozub

17.09.2018 PAYLAŞIM

Hesablama Palatası tərəfindən aparılan audit nəticəsinə Azərkosmos ASC tərəfindən Vergilər Məcəlləsinin bəzi tələblərinin pozulması aşkar olunub.

Technote.az bildirir ki, Azerspace-1 peykinin idarə olunması üçün Azərbaycandakı yerüstü avadanlıqlarda istifadə olunan proqram təminatına texniki dəstək üçün qeyri-rezident müəssisənin yerinə yetirdiyi xidmətlərə görə Cəmiyyət tərəfindən ödənilmiş, ümumilikdə, 283 236,5 manat məbləğində vəsait üzrə əməliyyata görə qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlir əldə etməsinə baxmayaraq Azərbaycanın Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin tələblərinə əməl edilməyərək qeyri-rezidentə ödəmə mənbəyindən 10% dərəcəsi ilə, ümumilikdə, 28 323,6 manat vergi məbləği vergi orqanlarına təqdim edilən bəyannamələrdə nəzərə alınmamış və dövlət büdcəsinə hesablanmayıb.

Bənzər xəbər


Cəmiyyətdə mülki-hüquqi müqavilə ilə işləyən işçilərdən gəlir vergisi tutularkən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin tələbləri düzgün tətbiq olunmayaraq mülki-hüquqi müqavilə ilə işçilərin əsas iş yeri Cəmiyyət olmadığı və muzdlu işə aid edilmədiyi halda onlara hesablanmış əməkhaqqı məbləğindən ölkə üzrə yaşayış minimumunun 1 misli çıxıldıqdan sonra qalan məbləğdən mənbədə gəlir vergisi tutulmuş və nəticədə, ümumilikdə, 1659,49 manat vergi məbləği vergi orqanlarına təqdim edilən bəyannamələrdə nəzərə alınmayıb və dövlət büdcəsinə hesablanmayıb.

Azerspace-1 peykinin idarə olunması üçün yerüstü avadanlıqlarda istifadə olunan proqram təminatına texniki xidmət üçün qeyri-rezident müəssisənin yerinə yetirdiyi işlərə görə Cəmiyyət tərəfindən həmin müəssisəyə 30.11.2017-ci il tarixində ödənilmiş 30 912,92 manat məbləğində xidmət haqqından Vergi Məcəlləsinin 169.4-cü maddəsinin tələblərinə əməl edilməyərək 18% vergi dərəcəsi ilə dövlət büdcəsinə 5564,33 manat əlavə dəyər vergisi hesablanmayıb, vergi orqanlarına təqdim edilən bəyannamədə nəzərə alınmamış və dövlət büdcəsinə ödənilməyib. (Report.az)

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×