'Azərkosmos' 'Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi' layihəsini elan edir

'Azərkosmos' 'Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi' layihəsini elan edir

Texnologiya
24.04.2020 PAYLAŞIM

    Bakı, 24 aprel 2020  – “Azərkosmos” 2020-2021-ci illər üzrə “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsini elan edir. Layihədə iştirak ödənişsizdir. 

    Hazırki dövrdə Koronavirus (COVID-19) pandemiyasının təsirindən irəli gələrək dünya ölkələrində istər əmək fəaliyyəti, istərsə də, elmi-tədqiqat işləri onlayn rejimdə davam edir. Dünya artıq yeni inkişaf mühitində - rəqəmsallaşma istiqamətində xeyli yol qət edib. Rəqəmsallaşma dövrü elmi-tədqiqat işlərinin aparılmasında da yeni imkanlar təqdim edir və elmi işlərin onlayn formada aparılması elm adamlarına, tədqiqatçılara vaxtlarını səmərəli keçirmək fürsəti yaradıb.  Bu yeni dövrün astanasında sizi zamanın çağırışlarına cavab verərək elmi-tədqiqatları onlayn mühitdə aparmağa və rəqəmsal bacarıqlarınızı inkişaf etdirməyə dəvət edirik. 


    Gəlin Azərbaycanda sosial izolyasiya tədbirlərinə qeyd-şərtsiz əməl edək, evdə qalaraq texnoloji həllərdən faydalanmaqla elmi-tədqiqat işlərini davam etdirək.

    “Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin əsas məqsədi “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, o cümlədən “Azersky” peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir. 

    Layihədə iştirak etmək üçün təkliflərinizi 31 may 2020-ci il tarixinə qədər

    www.azercosmos.com  saytında qeyd olunan iştirak forması ilə qeydiyyatdan keçirə bilərsiniz. Müsabiqənin iştirak şərtləri ilə ətraflı buradan tanış ola bilərsiniz.

 “Azərkosmos” ASC haqqında;

    Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir:

    C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com  internet səhifəsindən ala bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.

×