'Azərkosmos' 'Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi' layihəsini elan edir

'Azərkosmos' 'Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi' layihəsini elan edir

Texnologiya
24.04.2020 PAYLAŞIM

    Bakı, 24 aprel 2020  – “Azərkosmos” 2020-2021-ci illər üzrə “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsini elan edir. Layihədə iştirak ödənişsizdir. 

    Hazırki dövrdə Koronavirus (COVID-19) pandemiyasının təsirindən irəli gələrək dünya ölkələrində istər əmək fəaliyyəti, istərsə də, elmi-tədqiqat işləri onlayn rejimdə davam edir. Dünya artıq yeni inkişaf mühitində - rəqəmsallaşma istiqamətində xeyli yol qət edib. Rəqəmsallaşma dövrü elmi-tədqiqat işlərinin aparılmasında da yeni imkanlar təqdim edir və elmi işlərin onlayn formada aparılması elm adamlarına, tədqiqatçılara vaxtlarını səmərəli keçirmək fürsəti yaradıb.  Bu yeni dövrün astanasında sizi zamanın çağırışlarına cavab verərək elmi-tədqiqatları onlayn mühitdə aparmağa və rəqəmsal bacarıqlarınızı inkişaf etdirməyə dəvət edirik. 


    Gəlin Azərbaycanda sosial izolyasiya tədbirlərinə qeyd-şərtsiz əməl edək, evdə qalaraq texnoloji həllərdən faydalanmaqla elmi-tədqiqat işlərini davam etdirək.

    “Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin əsas məqsədi “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, o cümlədən “Azersky” peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir. 

    Layihədə iştirak etmək üçün təkliflərinizi 31 may 2020-ci il tarixinə qədər

    www.azercosmos.com  saytında qeyd olunan iştirak forması ilə qeydiyyatdan keçirə bilərsiniz. Müsabiqənin iştirak şərtləri ilə ətraflı buradan tanış ola bilərsiniz.

 “Azərkosmos” ASC haqqında;

    Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir:

    C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com  internet səhifəsindən ala bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...


Realistik üz mimikalarına sahib Ameca adlı robot sərgilənib (VİDEO)

İnsana bənzəyən robotlar bazarda artıq yeni bir şey hesab edilmir. Məsələn məşhur Boston Dynamics şi..


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..

×