Bağlanan banklara borcu olanların nəzərinə

Bağlanan banklara borcu olanların nəzərinə

Texnologiya
11.09.2018 PAYLAŞIM

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların müştərilərinə kreditlərin “ASAN ÖDƏNİŞ” sistemi vasitəsilə ödənilməsinə imkan yaradıb.

Technote.az Fondun mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların kredit yığımlarının mərkəzləşdirilmiş qaydada təşkilini, yığımların operativliyini və müştərilərin rahatlığının təmin edilməsi məqsədi ilə fondun daxili informasiya sisteminin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “İNNOVASİYALAR MƏRKƏZİ” MMC-nin “ASAN ödəniş” portalına inteqrasiyasını təmin edib.

Bənzər xəbər


Ləğv prosesində olan bankların müştərilərinə kredit borclarını “ASAN ödəniş” sistemi vastəsi ilə “ASAN ödəniş” terminallarında nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada odəmə imkanları yaradılıb. Onlayn ödəmə imkanından yararlanmaq üçün ləğv prosesində olan banklara kredit borcu olan müştərilər www.asanpay.az saytından və ya Fondun rəsmi www.adif.az saytındakı “Kreditlərin online ödənişi” səhifəsinə daxil olmaqla “ASAN ödəniş” sisteminə keçid ala bilərlər.

Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) www.adif.az internet səhifəsi yeni, müasir tələblərə cavab verən dizaynda istifadə verilib. Yeni sayt bir çox texniki yeniliklərdən istifadə etməyə imkan yaradır. Saytda əmanətlərin sığortalanması sisteminə aid əsas anlayışlar, qüvvədə olan qanunvericilik aktları, ƏSF-nin fəaliyyətinə dair normativ-hüquqi aktlar, Fondun ləğvedici funksiyasını ehtiva edən informasiya və digər məlumatlar yerləşdirilib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×