main-post-cover

    Bakı küçələrində 'Makaronbaz' ilə 'Lafarella'dan mükəmməl 'Guerrilla' nümunəsi

    07.07.2017
    Farid Pardashunas
    Təxminən 1 həftə əvvəl sosial mediada yayılan "Makaronbaz" video sorğusu qısa zamanda viral olaraq sosial şəbəkə istifadəçiləri arasında yayılmağa başladı. İlkin olaraq sosial video sorğu konseptini xatırlatsa da, bu iş göründüyü qədər sadə deyildi. 
    Makaronbaz
    Makaronbaz şəhərdədir. Qadınları hədəf seçdi və qeyri-adi təklifini etdi. #lafarella #lafarellamagazine #makaronbaz #pasta #makaron
    Posted by Lafarella on Tuesday, June 27, 2017
    Erkin Erginin canlandırdığı "Makaronbaz" personajı küçədə sakinlərə yaxınlaşaraq, onların makaron zövqünü öyrənməyə çalışır. Üst geyimin altında yerləşdirilmiş makaron çeşidlərini görən sakinlər bu hadisəni təəccüblə qarşılasalar da, sonluq onlar üçün pozitiv və ürəkaçan olur. Şəhərdə insanların makaron zövqünü öyrənməklə, onlara makaron hədiyyə edən baş qəhrəman da tam bir makaronsevəni xatırladır desək yalan olmaz.
    Sosial şəbəkədə olduqca pozitiv qarşılanan və müzakirələrə səbəb olan bu videonun pərdə arxasına nəzər salmasaq, əməyə hörmətsizlik etmiş olarıq. Video çarx Lafarella ilə əməkdaşlıq çərçivəsində Bumeranq Yaradıcılıq Mətbəxi tərəfindən “Guerrilla” marketinq nümunəsi olaraq hazırlanıb. "Plaş Altından Gizli Satış" üsulunu tətbiq edən agentlik təkcə məhsulu yox, brendi satır desək, daha doğru olar. Makaron seçimlərində əsasən qadınların fikirlərinin üstün tutulduğu üçün video çarxın əsas hədəf kütləsi olaraq xanımlar seçilib. 
    Video çarxın ilk 3 saniyəsinə baxdıqda plaş altında yerləşdirilmiş Lafarella loqosu əslində çox şeyi ifadə edir. Bu agentliyin ilk 3 saniyə sindromunu nəzərə almasına da bənzəyir. Çünki, insanlar adətən videoların ilk 3 saniyəsində həmin videoya baxıb, baxmayacaqlarına qərar verirlər. Baxmamaq ehtimalı olduğu halda belə, brend öz mesajını artıq istifadəçiyə çatdırmış olur. Bu da böyük ehtimalla bu çarxı ərsəyə gətirənlərin düşünülmüş addımı idi.
    "Guerrilla" markerinq məqsədi ilə hazırlanan video, sosial şəbəkədə yerləşdirildikdən sonra virallaşmağa başlayıb və ilk 2 gündə 15.000 nəfər tərəfindən izlənilib. Daha sonra 30$-lıq reklam büdcəsi ilə video daha çox hədəf kütləyə çatdırılıb.
    Son olaraq Bumeranq yardıcılıq Mətbəxindən video ilə bağlı əldə etdiyimiz statistikaları sizinlə bölüşürük.
    10 gün ərzində video çarx 119.987 nəfərin qarşısına çıxıb və 78.328-i tərəfindən izlənilib.


    Linki kopyala