Bakı metrosu ilə Tokio metrosu arasındakı fərqlər. Onlara çatmaq olarmı?

Bakı metrosu ilə Tokio metrosu arasındakı fərqlər. Onlara çatmaq olarmı?

18.03.2018 PAYLAŞIM

    Dünyanın ən məşhur metro stansiyalarına sahib olan Tokio metro sistemi görənləri heyrətləndirir. Bakı metrosu ilə müqayisə olunmayacaq dərəcədə böyük olan Tokio metrosu təkcə həcminə görə yox, həm də texnoloji cəhətdən göz qamaşdırır. Yaponlar Tokio şəhərinin altını sanki qarışqa yuvasına çeviriblər. 

Müqayisə olunmaz;    


    Yaponlar Tokio şəhərində tıxac problemini tamamilə aradan qaldırarkən dünyanın ən gözəl şəhərlərindən olan Bakıda metro sistemi sadəcə şəhərin müəyyən hissələrinə xidmət edir.

Budur, iki şəhərin də metro xəritəsi:


Gəlin, Tokio metro stansiyalarına qısaca səyahət edək:

    Burada insanları metro qatarlarında yuxuya getmiş halda görmək normal haldır. Amma, siz həmçinin yuxuya gedənlərin anidən qalxaraq lazımi stansiyada düşdüklərinin də şahidi ola bilərsiniz. Onlar bunu necə edirlər? Çox sadə yolla! Metrolardan mütəmadi istifadə edənlər üçün xüsusi proqramlar var və bu proqramları işə saldıqda qulaqcıq vasitəsilə öncədən verdiyiniz əmrləri yerinə yetirirlər. Qatar 1 dəqiqə geciksə belə proqram işə düşür və kimsə qulaqcığınız vasitəsilə sizdən üzr istəyir. 

   Ən izdihamlı vaxtlarda belə metroda olduqca sakit görüntü hökm sürür. İnsanlar metro qatarlarının sol və sağ kənarlarında gözləyərək enənlərə mane olmaq barədə fikirləşmirlər. 

   Eskalatorlar üçün də müəyyən bir qayda var. Dayananlar solda dayanır, tələsənlər isə sağ tərəflə hərəkət edir. Platformalarda müxtəlif məqsədlər üçün quraşdırılmış ox işarələri var.

    Platformalarda isti və soyuq içkilər təqdim edən satış aparatları da mövcuddur. Hətta dondurma hazırlayan və ya kartof fri qızardan aparatlara da rast gəlmək olar. Daha böyük stansiyalarda kiçik kafelər fəaliyyət göstərir.  

    Heç bir məhdudiyyət qoyulmasa da stansiyalarda telefonla danışanlara çox az hallarda rast gəlmək mümkündür. Qatarların kifayət qədər səssiz olduğunu da nəzərə almaq lazımdır. Bəlkə də insanlar izdihamlı yerlərdə problemlərindən və ya uğurlarından danışmaq istəmirlər.

    Yapon metro stansiyalarında çoxlu qaydalar və xəbərdarlıqlar var. Məsələn, platformaların müəyyən yerlərində sərxoşlar üçün oturacaq, yeriyərkən və ya mesajlaşarkən ''diqqətli olun'' kimi yazılar yer alır.

    Bəli, Tokioda metro sistemi olduqca böyük və qorxulu görünə bilər. Amma, burada sizə gedəcəyiniz ünvanla bağlı ən yaxşı marşurutu seçən, stansiyalar arası hesablamalar aparan, hansı stansiyalarda pulsuz wi-fi-ların olduğunu deyən proqramlar var. Bu proqramların əsas üstünlüyü isə yəqin ki, ingilis dilində olmaqlarıdır. 

   Və yəqin ki, bu fakt sizə daha maraqlı gələcək. Çünki oxuduqca Bakı metro stansiyalarının hələ çox geridə qaldığını görmüş olacaqsınız. 

Tualet! 

   Bəli, bu çox gülməli və ya mənasız görünə bilər. Amma sizcə stansiyalarımızda niyə tualet yoxdur? Tokioda tualet bir qırağa qalsın, hətta bəzi stansiyalarda duş almaq üçün vanna otaqları da qurulub.

   Yazını oxuyan hər 5 nəfərdən 3-ü bu cür düşünəcək; Gör kimi kimlə və nəyi nəylə müqayisə edirsiniz?! Bəli, haqlısınız. Nəyin ki Bakı, hətta dünyanın bir sıra vacib şəhərlərində belə Tokiodakı metro stansiyalardan yoxdur. Amma, yazımız müqayisə yox, daha çox öyrədici xarakter daşıyır. Və artıq əmin ola bilərsiniz ki, Tokio metro stansiyaları haqqında qısaca da olsa anlayışınız var!

Bir sıra şəkilləri təqdim edirik:


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×