Bakıda Blockchain Azerbaijan 2018 konfransı keçiriləcək

19.11.2018 0 PAYLAŞIM 401 OXUNMA

    Son illərin trend mövzularından biri olan Blockchain ilə bağlı Bakıda növbəti böyük konfrans təşkil olunacaq. 7 Dekabr tarixində Holiday Inn otelində baş tutacaq tədbirdə yerli və xarici mütəxəssislər çıxış edəcəklər. Konfransın əsas müzakirə mövzuları Blockchain texnologiyasının maliyyə xidmətlərində və birbaşa Bank sektorunda istifadəsi, həmçinin rəqəmsal pulların tətbiqi olacaq.

    Konfrans hissəsindən əlavə, iştirakçılar xüsusi Blockchain Workshop-unda da iştirak edəcəklər.

    PAŞA Bankın əsas sponsorluğu Waves platforması və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə keçiriləcək konfransa biletlər 20-50 AZN aralığında dəyişir. Portmanat, NEnet, LogiX, Ticketsetup və Ideart tədbirin digər dəstəkçi şirkətləridir.

Tədbirdə çıxış edəcək spikerlər:

    Ətraflı məlumat və bilet əldə etmək üçün event.blockchain.az saytını ziyarət edə bilərsiniz.

    Qeyd edək ki, konfrans Blockchain Azərbaycan Mərkəzi tərəfindən təşkil olunur. Qurum öz ətrafında İnformasiya Texnologiyaları, Blockchain, Kriptovalyutalar sahəsində ixtisaslaşmış şəxsləri toplayaraq, yeni texnologiyanın ölkəmizdə inkişafı istiqamətində zəruri addımlar atılması üçün yaradılmışdır. Qurumun əsas məqsədi Blockchain və Kriptovalyutalar ilə bağlı təkliflərin hazırlanması, tətbiqi sahələrinin təyin edilməsi, mövzuya aid təlim-tədrisin təşkili, konsultasiya və tədbirlərin təşkil olunmasıdır.