main-post-cover

    Bakıda məşhur restoranların menyu və qiymətlərinə necə baxmaq olar? (Video icmal)

    28.05.2018
    Farid Pardashunas
        Restoran və kafelərə getməzdən əvvəl, hamıya maraqlı olan bir məqam olur: restoranın menyu və qiymətləri. Hətta, bir çoxlarımız sırf qiymətlərin baha olacağını düşünüb, tərəddüd edərək, restorana daxil olmuruq. Çox kiçik görünsə də, bu problem bəzən narahatlığa səbəb olur. "TooFun" əlavəsinin son yenilənməsi ilə isə bu problem aradan qalxıb. Beləliklə, son zamanların məşhur tətbiqi yenilənmə ilə birlikdə bazasında olan 150 -yə yaxın tanınmış restoranın menyularını tətbiq daxilinə əlavə edib. Siz artıq restoranların daxili səhifəsinə keçid etməklə, restoran tərəfindən təqdim olunan menyular və qiymətlərlə rahatlıqla tanış ola bilərsiniz. 
        Yenilənmə ilə bağlı gələn daha bir faydalı funksiya, məkanların daxilində yerləşdirilən "Qalereya" bölməsidir. Bu bölmədən - məkana getməzdən əvvəl, məkanın görüntüləri, şəkil və videoları ilə tanış olmaq mümkündür. Eyni zamanda kinoteatr mərkəzlərinin afişada olan filmlərinin treylerlərini də bu bölmədən izləmək olur. Bunun üçün filmi təqdim edən kinoteatr mərkəzinin daxili səhifəsinə keçid etmək lazımdır.
    Tətbiqi yükləmək üçün linklər: Android iOS
    Tətbiqə gələn ən son yenilənmələr ilə tanış olmaq və necə istifadə olunduğunu öyrənmək üçün aşağıdakı video icmalımızı izləyə bilərsiniz:

        Daha bir yenilənmə isə "Cashback" funksiyası ilə bağlıdır. Bu funksiya sayəsində 25 -dən çox restoranda hesabı ödədikdən sonra, çekin şəkilini çəkib, tətbiqə yükləməklə, restoran tərəfindən təyin olunan faiz həcmində pulu geri alırsınız. "Cachback" funksiyasının istifadəsi ilə bağlı video icmalımız ilə aşağıdan tanış ola bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər