Bakıda mükəmməl dizayna sahib 'Co-Working' mərkəzi - 'Start Co-Working Center' fəaliyyətə başladı

Bakıda mükəmməl dizayna sahib 'Co-Working' mərkəzi - 'Start Co-Working Center' fəaliyyətə başladı

27.10.2017 PAYLAŞIM

    Xüsusilə proqramçılar, dizaynerlər, frilanserlər və startapçıların əvəzedilməz bir məkanı hesab edilən "Co-working" mərkəzləri, artıq Azərbaycanda da yayılmağa başlayıb. Dünya təcrübəsində "paylaşılan iş yeri" anlayışı kimi təqdim olunan bu mərkəzlərdə siz, normal ofis qiymətlərindən dəfələrlə aşağı qiymətə yer götürərək, yüksək şəraitli ofislərdən istifadə edə bilirsiniz. Bu tipli mərkəzlər, sizə imkan yaradır ki, ofisdən xüsusi bir masa götürüb, öz işlərinizi gündəlik olaraq həyata keçirəsiniz. Eyni zamanda siz toplantı, konfrans otaqlarında görüşlər keçirə və açıq mətbəxdən istifadə imkanına sahib olursunuz. Ümumilikdə bu anlayış qonşu Türkiyə, Amerika və Avropa praktikasında çox geniş yayılıb və əsasən tək yaxud az komanda üzvü ilə çalışan şirkətlər üçün ideal seçimdir deyə bilərik. 

    Bakıda "Caspian Plaza"da fəaliyyətə başlayan "Start Co-working" mərkəzi müştəriləri üçün ideal bir ofis şəraiti təqdim edir. Eyni zamanda digər mərkəzlərlə müqayisədə gözəl şəraiti ilə münasib qiymət təklif edir. Bu həftə "Technote" olaraq yeni açılmış mərkəzi sınaqdan keçirdik. Mərkəz böyük bir iş ərazisinə malikdir. Eyni zamanda təqdimatlar həyata keçirmək üçün ayrıca zal istifadəçilərin xidmətinə verilib. Yüksək şəraitli toplantı otağı isə sizə, görüşlərinizi həyata keçirmək üçün yaxşı imkan tanıyır.     Mərkəz bütün komunal və internet xərclərini qarşılayır, istifadəçiyə sadəcə kompüterini işə salıb, mərkəzdə işləmək qalır. Mərkəz premiumstandart olaraq müştərilərə 2 seçimdə paket təklif edir. Standart paketin üzvü olan istifadəçi masadan, sürətli internetdən, çay, su, kofe, printer, skanner və sürət çıxarmadan, bağlı şkafdan, poçt göndərişlərindən, 6 nəfərlik görüş otağından ay ərzində istfadə edə biləcək. Eyni zamanda mərkəz 7/24 kamera müşahidə sistemi ilə təmin olunub. Standart paketin aylıq qiyməti 175 AZN təşkil edir. Əlavə olaraq bu paketin həftəlik və günlük qiymətləri uyğun olaraq 55 AZN və 12 AZN-dir. Premium paketdə isə müştəri sabit masa seçmək şansına sahibdir. Aylıq 250 AZN, həftəlik isə 80 AZN ödəməklə sabit masa sifariş etmək mümkündür.    Mərkəzin şəraiti idealdır və şəhərin demək olar ki, mərkəzindədir. Xüsusilə dizayn olaraq çox rahat və yorucu olmayan bir üslubda hazırlanıb. "Start Co-working", xarici ölkələrdə olan mərkəzlərin qiyməti ilə müqayisədə belə şəraitə görə heç də baha qiymət təklif etmir. İlk aydan abunə olan istifadəçilər isə birinci ay üçün cəmi 89 AZN ödəməklə mərkəzin yaratdığı imkanlardan faydalana biləcəklər. Qeyd edək ki, qiymətlərə ƏDV daxil deyil. Mərkəz barədə ətraflı məlumat əldə etmək və yer sifariş etmək üçün rəsmi sayta daxil ola, yaxud 050 740 79 99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mərkəzdən çəkdiyimiz bir neçə şəkili sizlərə təqdim edirik.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×