main-post-cover

    Bakıda növbəti TEDx tədbiri

    20.12.2018
    Farid Pardashunas
        Dünyaca məşhur TEDx platforması növbəti dəfə şəhərimizdə sevənlərinin görüşünə gəlir. Z-dən A-ya mövzulu TEDx rəsmi olaraq TED tərbirləri kateqoriyasına daxildir. 23 Dekabr Bakı Mühəndislik Universitetində təşkil olunacaq bu tədbirdə, ölkəmizin bir çox məşhur simalarının çıxışı gözlənilir.
        Tədbirin proqramında öz zövqünü yarat və küləni izləmə, şəxsiyyət və kimlik, özünü öyrətmənin önəmi, şəxsi inkişaf, modern dünya, səyahət mövzularında spikerlərin çıxışları gözlənilir. 
    Tədbirin spikerlərini təqdim edirik. Daha ətraflı məlumat, bilet sifarişi üçün tədbirin rəsmi saytından məlumat əldə edə bilərsiniz.
            TED’in rəsmi lisenziyası əsasında müstəqil şəkildə keçirilən elmi - sosial TEDx konfransıdır. TED "Paylaşmağa dəyər fikirlər" devizi altında insanların fərdi və təşkilatı qaydada, TED formatında öz yerli tədbirlərini təşkil etmələri üçün TEDx'i yaratmışdır. TEDx adındakı "x"= müstəqil şəkildə təşkil edilmiş, qeyri-kommersial TED tədbiri mənasını verir. TEDx - fərqli fikirlər mübadiləsi, lisenziya, sabit qaydalar, yüksək səviyyəli təşkilatçılıq və s. kimi faktorlar əsasında meydana gəlmiş konfransdır. 30 illik keçmişə sahib olan TEDx səhnəsində Bill Gates, Jane Goodall, Elizabeth Gilbert, Gordon Brown və s. kimi uğurlu və paylaşmağa dəyər fikirlərə sahib şəxslər çıxış etmişdir. TEDx tədbirləri dinləyicilərinə öz video arxivinin gücü və spikerlərinin canlı çıxışlarının vəhdəti ilə ilham verən, fərqli baxmağa çağıran, yeni baxış bucaqları yaradan dünya təmin edir. TEDx markası altında keçirilən bütün yerli tədbirlərə TED ümumi qaydada nəzarət və bələdçilik edir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər