main-post-cover

    Bakıda pulsuz Wi-Fi-a qoşulma sayı 6 milyona çatır

    17.07.2018
    Bot Lala
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Pulsuz Wi-Fi” xidmətindən istifadə sayı açıqlanıb.
    Nazirlikdən Technote.az-a bildirilib ki, turist axınının daha çox qeydə alındığı yay aylarında xidmətdəm istifadə edənlərin sayı daha çox olub.
    Belə ki, pulsuz Wi-Fi-dan gün ərzində 10 000-ə yaxın istifadə qeydə alınıb, qoşulma sayı isə 6 milyona yaxındır
    Qeyd edək ki, pulsuz internetdən Dövlət Bayraq Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Bakı bulvarının Ağ şəhər ərazisi, Sahil bağı və Heydər Əliyev Mərkəzinin parkı, Xaqani və Sabir bağları, Axundov bağı, Qış parkı, Zabitlər bağı, Hüseyn Cavid parkı, Səməd Vurğun və Muğan bağları, Fashion Avenue, İzmir parkı, Nərimanov parkı və Dədə Qorqud parkı ərazisində istifadə etmək olar.
    İstifadəçi qoşulduğu andan etibarən 1 saat ərzində pulsuz internetdən maneəsiz yararlana bilir.
    Eyni istifadəçi gün ərzində 3 dəfə pulsuz xidmətdən faydalanmaq imkanına malikdir
    Məlumata görə, Nazirlik layihə çərçivəsində Huawei, ZTE və Microtic şirkətləri ilə əməkdaşlıq edir. İnternet təchizatını təmin etmək üçün ümumilikdə 300-ə yaxın qoşulma nöqtəsi (acsses point) quraşdırılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər