Logo
    main-post-cover

    Bakıda yeni 'Apple Premium Reseller' mağazası açılacaq

    Elm & Texnologiya
    09.10.2017
    Emil
    20 Oktyabr tarixində Port Baku Mall ticarət mərkəzində Apple Premium Reseller mağazası açılacaq.
    Yeni Alma Store mağazası, showroom formatında çalışacaq. Son model cihazlarla olan stendləri, Beats demo-zonası, təlim və konsultasiya üçün xüsusi yer tamamlayacaq. “Apple” məhsullarının satılacağı mağaza, ticarət mərkəzinin birinci mərtəbəsində yerləşəcək. Yeni Alma Store-un sahəsi, 170 kvadrat metri keçəcək. Həmçinin o, “Apple” standartlarına uyğun müasir interyerə də sahib olacaq.
    Mebeller Avropadan, parket örtüyü isə Kanadadan gətiriləcək. Divarlar, işıq panellər vasitəsilə bəzədiləcək. Bununla yanaşı yeni cihazların yerləşəcəyi stend ərazisi də böyük olacaq. İnsanlar həmin stendlərdə yeni modelləri test edə biləcəklər. Daha bir yenilik isə Beats qulaqlıqlarının eyniadlı demo-zonası olacaq. Onun yanında isə təlim üçün xüsusi yer olacaq.
    Bundan əlavə olaraq “Apple”ın bütün məhsullarının funksiyaları ilə yaxından tanış olmaq istəyənlər üçün xüsusi traning-room da istifadəyə veriləcək. Mağaza, konsultasiya və Flex Table təlimi üçün nəzərdə tutulmuş bölmələrə ayrılacaq. İstənilən şəxs, stol arxasına oturaraq Alma Store “dahisindən” cihaz ayarlarına görə və ya başqa mövzuda köməklik əldə edə biləcək. Bunun üçün hətta mağazadan nəsə almağa ehtiyac olmayacaq.
    Port Baku Mall ticarət mərkəzində fəaliyyətə başlayacaq yeni Apple Store, Azərbaycanda olan Apple alıcılarının diqqətlərini çəkmə mərkəzi olacaq. Bu, təkcə məhsulların yerləşdiyi vitrinlər deyil, həmdə yeni cihazlarla tanış olmaq, onları test etmək və mütəxəssislərdən konsultasiya almaq üçün rahat yerdir.
    Bizim üçün əsas olan, keyfiyyətli texnikaya qiymət verən insanlara xüsusi mühit yaratmaqdır” – deyə “Apple”ın Azərbaycandakı rəsmi biznes tərəfdaşı olan “ASBC MMC” şirkəti bildirib. Yeni mağazada “Apple”ın bütün məhsulları yer alacaq. Yeni cihazlar isə Azərbaycana gətiriləcək ən birincilərdən olacaq. Qiymətlər, bazar qiymətləri səviyyəsində olacaq. Mağazanın açılışında isə xüsusi promo-təkliflərin ediləcəyi söz verilib. Bununla yanaşı Alma Store-da müxtəlif qiymətə müxtəlif brend aksessuarlarının geniş seçimi olacaq.
    Paylaş
    Bənzər xəbərlər