Bakının ən ağıllı evi Fərid Pərdəşünasın təqdimatında! [VİDEO]

Bakının ən ağıllı evi Fərid Pərdəşünasın təqdimatında! [VİDEO]

Texnologiya
05.06.2018 PAYLAŞIM

    Texnologiyanın inkişafı ilə əldə olunmuş mükəmməl nəticələrdən biri də ağıllı ev nümunələridir. İllərdir Amerikada və inkişaf etmiş Avropa ölkələrində geniş yayılmış ağıllı ev trendi artıq Azərbaycanda da tətbiq olunmağa başlayıb.

     Ağıllı ev – Evin bütün funksiyalarının vahid bir platformadan (tətbiqdən) avtomatlaşdırılmış şəkildə idarəetməsidir. Məsələn, işıqların söndürülüb-yandırılması, nəfəsliklərin açılması, evin isidilməsi, pərdələrin idarəsi, kameralarla nəzarət, təhlükəsizlik və s.

     Həyatımızı asanlaşdıran texnologiyalar evimizdə demək olar ki, bütün işləri görməyi bacarır. Yaxşı xəbər odur ki, Azərbaycan da artıq öz ağıllı ev texnologiyalarının istehsalına başlayıb. Bu yeni texnologiyalar və tətbiqetmələr imkan verir ki, evin idarə edilməsi məsafədən asılı olmayaraq asan və rahat bir şəkildə həyata keçirilsin. “ELSMART” brendi adı altında “Smart Home” şirkəti artıq Azərbaycanda ağıllı ev texnologiyalarının tətbiqinə başlayıb. Şirkətin istifadə etdiyi texnologiyalar isə təmamilə yerli istehsaldır.    Qeyd edək ki, bugünə qədər Azərbaycanda əsasən xaricdən idxal edilən ağıllı ev sistemləri quraşdırılırdı. Yerli istehsal sistemləri və tətbiqləri isə heç də xarici brendlərdən geri qalmır və hətta bəzi funksional göstəricilərinə görə onları qabaqlayır.

Bənzər xəbər


     Artıq Bakıda bir neçə böyük layihəyə imza atan “Smart Home” şirkəti növbəti ağıllı ev layihəsini mediaya açıq bir şəkildə təqdim edib. Bu dəfə texnobloqqer Fərid Pərdəşünas tam avtomatlaşdırılmış sistem ilə təmin edilmiş evin qonağı olub və idarəetmə ilə yaxından tanış olub. Aşağıda yerləşdirilmiş video vasitəsilə Azərbaycan brendinin nələrə qadir olduğunu izahlı bir şəkildə izləyə bilərsiniz.

     Əlavə olaraq siz də evinizi tam avtomatlaşdırılmış bir sistem ilə təchiz etmək və ağıllı evə sahib olmaq istəyirsinizsə “Smart Home” şirkəti ilə əlaqə yarada bilərsiniz. (+994 12 555 21 27), daha ətraflı məlumat üçün isə agilliev.az elsmart.az saytlarını ziyarət edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Watch Color 2 smart saatı və naqilsiz Mi True Wireless Earphones 3 Pro qu..

Xiaomi şirkəti Civi adlı yeni smartfon ilə birlikdə həmçinin Xiaomi Watch Color 2 smart saatını və n..


Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyə..

Almaniyadan olan mühəndislər elektrikli mopedlər üçün nəzərdə tutulmuş sürətli şarj texnologiyalı ye..


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..

×