'Bakutel 2018'də bizi nələr gözləyir?

'Bakutel 2018'də bizi nələr gözləyir?

24.11.2018 PAYLAŞIM

Bənzər xəbər


    1995-ci ildən bu yana təşkil olunan Bakutel sərgisi bu il 4-7 Dekabr tarixlərində 24-cü dəfə təşkil olunacaq. "Yüksək Texnologiyalar Həftəsi" çərçivəsində baş tutacaq bu böyük sərgi və konfrans təkcə sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş bir sərgi deyil, burada müxtəlif İKT sahələrini təmsil edən mütəxəssis və peşəkarları toplayan, iqtisadi və sosial rifahı təmin etməkdə mühüm rol oynayan bütün fəaliyyət sahələri üçün geniş imkanlar və son inkişafları təklif edən unikal bir platformadır.

“Bakutel 2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Sərginin baş sponsoru tədbirin müntəzəm iştirakçısı olan Azercell Telecom-dur.

Technote.az-ın tədbir təşkilatçılarından aldığı informasiyaya əsasən bu il Bakutel sərgisi tədbirlərlə də zəngin olacaq. Belə ki, sərgi çərçivəsində Bakutel TechTalks adlı yeni formatda təşkil olunan açıq müzakirələr olacaq. Burada iştirakçılar üçün çox maraqlı mözular təyin olunub. Bu sessiyalarda Google, LG, Facebook, CERN kimi iri şirkətlərdə çalışan həmvətənlərimiz öz uğur heykayələrini və ən son trendləri dinləyicilərlə bölüşəcəklər.

    Bundan əlavə təhsil, turizm, nəqliyyat, tele-radio kimi sahələrdə bu gün tələb olunan İT həllər mövzusunda danışıqlar və müzakirələr aparılacaq. Əlbəttə ki, startaplar mövzusuna da toxunulacaq və bir panel də məhz ideyadan uğurlu biznesə aparan yol haqqında olacaq.    

    Bakutel layihəsinin rəhbəri Emiliya İsmayilova Technote.az-a açıqlamasında bu il sərgidə iştirak edəcək startaplarla bağlı aşağıdakıları qeyd edib:

    "Bakutel sərgisində ənənəvi olaraq startaplara böyük diqqət yetirilir. Biz çalışırıq ki, sahə liderləri və dövlət strukturları ilə yanaşı, gənc və istedadlı innovatorlara da sərgidə iştirak etməyə şərait yaradaq ki, onlar öz layihələrini potensial investorlara və cəmiyyətə tanıda bilsin. İT sərgisi hər zaman yeni nəfəs və innovativ ideyalara açıq platformadır, və biz özümüzə borc bilirik ki, gənclərin səylərini dəstəkləyək. Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində startaplar üçün ayrılan zonanı da biz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə təşkil edirik. Eyni zamanda iştirak edən şirkətlərin də öz startap akseleratorları var ki, onların nəznində də startaplar olacaq. Məsələn, Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Bakcell-in APPLab İnnovativ Mobil İnkişaf Mərkəzində də startaplar təqdim olunacaq."

    Əlavə olaraq bu il sərgidə ziyarətçiləri çox maraqlı yeniliklər gözləyir.  Bu il sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edir. İştirakçıların arasında sistem inteqratorlar, İT şirkətləri, mobil və rabitə operatorları, internet provayderləri, tanınmış brendlər çıxış edir. “Bakutel 2018” sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılan Birləşmiş Ərəb Əmirlikləri, İsrail, (dəqiq deyil) İtaliya, İran, Fransa, Belarus, Polşa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendlərini nümayiş etdirəcək.

    Sərgidə banklar, şəhər nəqliyyatı üçün yeni nəsil İT həlləri, “Ağıllı Şəhər” (Smart City) sistemləri, 4 və 5G texnologiyalar, optik lifli və “bulud” texnologiyaları, virtuallaşma və informasiya təhlükəsizliyi üzrə xidmətlər təklif olunacaq. Sərgi bu il innovasiya festivalı kimi keçiriləcək.

    Sərginin debütant iştirakçıları: Silk Way Biznes Aviasiya şirkəti öz stendində təyyarə üçün yeni laboratoriya təqdim edəcək, Azərbaycan Dövlət Reklam Agentliyinin stendində isə açıq məkanda reklam daşıyıcılarının monitorinq sistemləri və ümumi qeydiyyat portalı ilə ziyarətçilər tanış ola biləcək. Eyni zamanda sərginin daimi iştirakçıları da maraqlı və sosial yönumlü layihələrini təqdim edəcəklər.

    Sərginin birinci zalında xüsusi İnnovasiyalar guşəsi yaradılacaqdır ki, burada iştirakçı şirkətlər öz yeniliklərini təqdimat şəklində ziyarətçi kütləsinə çatdırsın. İşgüzar tədbirlərlə bərabər Bakutel-i həmişə zəngin əyləncəli proqram da müşayiət edib. Azercell şirkətinin təşəbbüsü ilə Ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli qapıçısı - “Robokiper” oyunu gətiriləcək. Bütün futbol həvəskarları “Robokiper”-ə qol vurmaqla özlərini sınaya biləcəklər. Qeyd edək ki, sərginin açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov da “Robokiper”-ə qol vurmağa çalışacaq. Oyun zonasında isə milli kompüter oyunu "Yüksəklik", Rəqəmsal muzey, və Azərbaycanda ilk VR nağıl kitabı təqdim olunacaq. 

Daha ətrfalı məlumat və qeydiyar üçün: bakutel.az

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×