Barack Obama-nın yeni tweet-i, Twitter tarixinin ən məşhur tweet-i oldu

16.08.2017 0 PAYLAŞIM 1066 OXUNMA

ABŞ-ın keçmiş prezidenti Barack Obama, Twitter-də yenidən məşhurluq qazandı.

Bu ilin Yanvar ayında Barack Obama-nın vidalaşma tweet-i milyonlarla insanları fəth etmiş və Twitter-in ikinci ən məşhur tweet-i adını almışdı. Obama-nın yeni tweet-i isə bu sosial şəbəkənin tarixi boyunca ən məşhuru oldu. Belə ki, o öz tweet-də Cənubi Afrika Respublikasının mərhum prezidenti və Nobel mükafatı sahibi Nelson Mandela-nın sitatını əks etdirib. “Heç kim, digər insanın dərisinin rənginə, mənşəyinə və dininə görə ona qarşı nifrətlə doğulmur” – deyə Barack Obama, öz tweet-də bildirib. Sözügedən tweet, 3 milyona yaxın bəyənmə və 1.2 milyon retweet sayı yığıb. Bu tweet ilə o hal hazırda Amerika cəmiyyətində şiddətli şəkildə müzakirə olunan məsələyə cavabını bildirib. Köləlik müdafiəçiləri və Konfederasiya tərəfdaşlarına adi büstləri, ölkənin milli dəyəri hesab etmək olarmı? Hal hazırda ABŞ-da bu məsələ ilə bağlı böyük müzakirələr və aksiyalar keçirdilir.