main-post-cover

    'Barama Final Demoday'in qalibi məlum oldu

    05.06.2017
    Farid Pardashunas

    Yanvar ayından etibarən başlayan və 6 aydır davam edən proqram bugün keçirilən "Barama Final Demoday" ilə yekunlaşıb.

    Azercell və PASHA Bank-ın dəstəyi ilə yaradılan "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi" , Yanvar ayında startaplar üçün yeni proqramını elan etmişdi. 6 ay ərzində müxtəlif mentorların da iştirakı ilə davam edən sürətləndirmə proqramında mərkəzin 10-dan çox startapı iştirak edib. 
    Bugün baş tutan "Demoday"də həmin proqramda iştirak edən 10 startap dəvət olunmuş mütəxəssislər önündə təqdimatlarını ediblər. Telman Axundov, İmran Bağırov, "PASHA Bank"dan dəvət olunmuş Ceyhun AtayevAnar Hüseynov mütəxəssis qismində startapları dəyəndiriblər.
    Hər startapa təqdimat üçün 5 dəqiqənin ayrıldığı yarışda, əsas diqqət edilən meyar layihənin 6 ay ərzində qət etdiyi uğurlar, əldə etdiyi nailiyyətlər və ən əsası isə real qazanc göstəriciləri olub. 10 startapın uğurlu çıxışından sonra "Technote Media" bu il üçün ən çox uğur qazanmış və gələcək vəd edən layihələrdən biri olaraq qalib startap elan edilib.
    Qeyd edək ki, qalib startap bu ilin iyul ayında Almaniyanın Berlin şəhərində keçiriləcək Avropanın məşhur texnologiya konfranslarından biri "Tech Open Air"ə startap qismində göndəriləcək. Qeyd edək ki, komandanın bütün xərcləri Azercell və PASHA Bank  tərəfindən qarşılanır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər