'Barama Final Demoday'in qalibi məlum oldu

'Barama Final Demoday'in qalibi məlum oldu

05.06.2017 PAYLAŞIM

Yanvar ayından etibarən başlayan və 6 aydır davam edən proqram bugün keçirilən "Barama Final Demoday" ilə yekunlaşıb.

Azercell və PASHA Bank-ın dəstəyi ilə yaradılan "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi" , Yanvar ayında startaplar üçün yeni proqramını elan etmişdi. 6 ay ərzində müxtəlif mentorların da iştirakı ilə davam edən sürətləndirmə proqramında mərkəzin 10-dan çox startapı iştirak edib. 

Bugün baş tutan "Demoday"də həmin proqramda iştirak edən 10 startap dəvət olunmuş mütəxəssislər önündə təqdimatlarını ediblər. Telman Axundov, İmran Bağırov, "PASHA Bank"dan dəvət olunmuş Ceyhun AtayevAnar Hüseynov mütəxəssis qismində startapları dəyəndiriblər.Hər startapa təqdimat üçün 5 dəqiqənin ayrıldığı yarışda, əsas diqqət edilən meyar layihənin 6 ay ərzində qət etdiyi uğurlar, əldə etdiyi nailiyyətlər və ən əsası isə real qazanc göstəriciləri olub. 10 startapın uğurlu çıxışından sonra "Technote Media" bu il üçün ən çox uğur qazanmış və gələcək vəd edən layihələrdən biri olaraq qalib startap elan edilib.Qeyd edək ki, qalib startap bu ilin iyul ayında Almaniyanın Berlin şəhərində keçiriləcək Avropanın məşhur texnologiya konfranslarından biri "Tech Open Air"ə startap qismində göndəriləcək. Qeyd edək ki, komandanın bütün xərcləri Azercell və PASHA Bank  tərəfindən qarşılanır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×