'Barama Fintech Hackathon 2017' - proqramçıların 'müharibəsi' başladı (ƏN YAXŞI FOTOLAR)

'Barama Fintech Hackathon 2017' - proqramçıların 'müharibəsi' başladı (ƏN YAXŞI FOTOLAR)

Texnologiya
28.10.2017 PAYLAŞIM

    ADA Universitetində keçirilən "Hackathon"a seçilmiş 15 komanda bugün səhər saatlarından etibarən yarışa qoşulublar. Püşkatma vasitəsilə komandaların kapitanları mövzu seçimində iştirak etməklə, hazırlayacaqları tətbiqin mövzusunu seçiblər. Komandaların hər birinə "Fintech" mövzusunda müxtəlif tapşırıqlar verilib.    Səhər yeməyi ilə başlayan açılışdan sonra proqramçılara verilən tapşırığın yerinə yetirilməsi üçün cəmi 36 saat vaxt ayrılıb. Bu da o deməkdir ki, növbəti 36 saat ərzində proqramçıların ərazini tərk etməsi qadağandır. 3 nəfərdən ibarət olan komandalar, tapşırığa uyğun, "Fintech" mövzulu həll hazırlamalıdır. 36 saatın sonunda hazırlanan tətbiqin kodları elə ordaca, təşkilatçıların yaratdığı "cloud" əsaslı hesaba daxil edilməlidir. 36 saat sonra texniki dəyərləndirmə heyyəti, yazılan kodu təyin olunmuş meyarlar əsasında dəyərləndirəcək. 1 Noyabr tarixində isə iştirakçıların, münsiflər heyyəti önündə yekun təqdimatları olacaqdır. 

    Qeyd edək ki, proqramçılar üsün əsas olan kod hissəsinin tərtibatıdır. Nəzərinizə çatdıraq ki, dəyərləndirmədə 60% üstünlük yazılan koda verilir. Proqramçıların hazır kodlardan istifadə etməsi isə qadağandır. Önümüzdəki, saatlarda isə proqramçıları, Özsüt nahar fasiləsinə dəvət edəcək. Qeyd edək ki, yarışın əsas dəstəkçisi Azercell, PAŞA BankADA Universitetidir. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi isə bu tədbiri həyata keçirən əsas orqandır. Tədbirin media yayım hüquqları isə Technote.az informasiya portalına sahibdir. Yarışdan çəkdiyimiz ilkin görüntüləri sizinlə bölüşürük. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×