main-post-cover

    'Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi' startaplar üçün yeni inkubasiya proqramı elan edir (Sonda 5000 AZN - lik xidmət müqaviləsi)

    15.08.2017
    Farid Pardashunas
    Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azercell və PAŞA Bank dəstəyi ilə Startuplar üçün 2-ci Inkubasiya Programı elan edir. 
    6 aylıq müddəti əhatə edən proqramın əsas məqsədi ilkin mərhələdə biznes əsaslı ideyalara dəstək olmaqdır. Mərkəz bu dəfəki seçimdə əsasən İT və İT imkanlı xidmətlər, Bulud Hesablamaları və Biznes Həlləri, Oyunlar, Səhiyyə sahəsində İT, IoT, Fintech, Kənd təsərrüfatında innovativ həllər, Virtual Reallıq, Artırılmış Reallıq, Süni Zəka mövzularında layihələr qəbul edəcək. 
    Seçim prosessi 2 mərhələdən ibarətdir. 1-ci mərhələdə startaplar göstərilən link vasitəsilə qeydiyyat formunu tam doldurmalıdır. Bu dəfə inkubasiya proqramının tələblərinə uyğun olaraq hər bir layihə 50 AZN dəyərində Azercell nömrəsinə balans yükləməlidir. Təbii ki, qeyd olunan məbləğ həmin şəxsin balansında qalacaq. Bu sadəcə seçim prosessinin ciddiyətini artırmaq üçün atılmış addımdır.
    Birinci mərhələdə bütün tələbləri ödəyən startaplar ikinci mərhələ üçün Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə dəvət olunacaqlar. İkinci mərhələdə seçilmiş startaplar biznes planları və təqdimatları ilə mütəxəssislər qarşısında çıxış edəcəklər. Sonda əvvəlcədən müəyyən edilmiş meyarlar üzrə tələbləri ödəyən və ən əsası minum 2 komanda üzvü olan 10 layihə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin növbəti inkubasiya proqramında iştirak etməyə haqq qazanacaq.
    Ən əsası proqrama qəbul olunmuş startaplar mərkəz tərəfindən aşağıdakı xidmətlərlə tam təmin olunacaqlar:
    - Yüksək şəraitli ofis ( Demirchi Tower )
    - Yüksək sürətli internet və zəruri iş avadanlıqları ( komputer, printer və s.)
    - Aylıq 50 AZN krediti olan Azercell nömrə
    - Virtual kitabxana xidmətləri
    - Maliyyə konsaltinqi, master klasslar
    - Geniş biznes şəbəkəsi imkanları
    - Mentor dəstəyi
    6 aylıq proqramın yekununda keçirilən final Demoday yarışında 10 komanda arasından inkubasiya proqramının ən çox inkişaf etmiş və nəticə göstərmiş layihəsi seçiləcək. Seçilmiş layihə əsas mükafatı - Azercell ilə öz xidmətlərini və məhsulu satmaq üçün 5000 AZN dəyərində müqavilə imzalayacaq. Yəni bir növ qalib layihənin ilk müştərisi Azercell olacaq. 
    Qeydiyyatdan keçmək üçün son tarix 15 sentyabrdır. Buradan qeydiyyatdan keçə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər