Barmaq izi skan texnologiyalı ekrana sahib Xiaomi Mi 8X'in ilk fotoları sızdırıldı
Elm & Texnologiya
06.08.2018
Farid Pardashunas
Xiaomi şirkəti hələ yaz fəslində 3 ədəd flaqman smartfonu təqdim
etmişdi. Lakin görünür, şirkət bunun üzərində dayanan deyil. Belə ki, internetə
Xiaomi Mi 8X adlı modelin fotoları sızdırılıb. Arxa paneldən smartfon Xiaomi Mi
8-ə bənzəyir. Lakin arxa paneldə barmaq izi skanı hissəsi yoxdur. Bir sıra məlumatlara
əsasən sözügedən smartfon modelində barmaq izi skanı texnologiyası birbaşa
smartfon ekranına inteqrasiya olunacaq. Smartfonun həmçinin Snapdragon 710
prosessoru əsasında çalışacağı da deyilir.
Hələ bu ilin yaz fəslində bir neçə
mütəxəssis şirkətin əməliyyat sistemininin kodunda Snapdragon 710 prosessoruna
sahib iki smartfon modeli barəsində məlumatlar aşkar etmişdilər. Həmin smartfonların kod adları Sirius və Comet idi. Nəticədə məlum oldu ki, artıq təqdim
olunmuş Xiaomi Mi 8 SE modeli məhz Sirius kod adına sahib imiş. Bu isə o deməkdir
ki, Comet kod adına sahib ola biləcək smartfon məhz Xiaomi Mi 8X modelidir. Bir
sıra məlumatlara əsasən smartfon Always on Display funksiyalı OLED ekran və
3100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Onun Android 8.1 Oreo əməliyyat
sistemi əsasında çalışacağı gözlənilir. Xiaomi Mi 8X modelinin təqdimat və
çıxış tarixləri barəsində hələki heç bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ