
Texniki özəlliklər baxımından Energizer Power Max P16K Pro bahalı olmayan adi orta büdcəli smartfonu xatırladır.
O, 18:9 nisbətində Full HD+ keyfiyyətli 6 düyümlük ekran, Mediatek Helio P23 prosessoru, 6 GB RAM, biri 16 MP digəri 13 MP olmaqla ikili arxa, biri 13 MP digəri isə 5 MP olmaqla ikili ön kameralar ilə təchiz olunub. Lakin bu smartfonun bir əsas xüsusiyyəti var. Belə ki, o, 16.000 mAh enerji tutumlu batareyaya sahibdir. Buna görə də smartfonun korpusunun qalınlığı 1.5 sm təşkil edir.
Müasir smartfonlarla müqayisədə bu cür göstərici 2 dəfə çoxdur. Smartfonun öz çəkisi isə 300 qramdır. Şirkət bu smartfonun bir dəfə şarj olunmasından sonra neçə müddət çalışa biləcəyi və onun adi power bank kimi istifadə mümkünlüyü barədə heç bir məlumat verməyib. Energizer Power Max P16K Pro-nun satışları bu ilin Sentyabr ayına planlaşdırılıb. Onun qiyməti isə 500$ təşkil edəcək.
Şərh yoxdur