Logo
    main-post-cover

    Barselonada gizli şəkildə LG G7 göstərildi (VİDEO)

    Elm & Texnologiya
    01.03.2018
    Emil
    MWC 2018 konqressində “LG” şirkəti yeni flaqman modeli təqdim etmədi.

    Şirkət sadəcə olaraq keçən il satışa çıxartmış LG V30 modelinin təkmilləşdirilmiş versiyasını təqdim etməklə kifayətləndi. Görünür, şirkətin əslində flaqman modeli göstərməyə planları var imiş Lakin hansısa səbəblərə görə həmin flaqman modelini gizli şəkildə yalnız bəzi insanlara göstəriblər. Neo kod adlı yeni LG G7 xarici görünüşcə keçən il təqdim olunmuş modelə bənzəyir.

    Yeni model də şüşə korpusa və metal çərçivələrə, dairəvi barmaq izi skanına və ikili arxa kameraya sahibdir. Lakin bununla yanaşı ön panel baxımından smartfon daha müasir olub. Çərçivələr daha nazikləşib və smartfonun yuxarı hissəsinə iPhone X-dəki kimi kiçik çıxıntı əlavə olunub. Smartfon 3120x1440 piksel keyfiyyətli 6 inç-lik ekran, 16+16 MP-lik arxa kamera, Snapdragon 845 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Paylaş
    Bənzər xəbərlər