Logo
    main-post-cover

    Bədən temperaturu və depresiyanın bir-birilə əlaqəli olduğu kəşf edilb!

    Elm & Texnologiya
    04.11.2024
    Farid

         Alimlər depresiya ilə bədən temperaturu arasında əlaqə olduğunu aşkar ediblər.

         Kaliforniya Universitetinin San-Fransisko (UCSF) tədqiqatçıları depresiya və bədən temperaturu arasındakı əlaqəni genişmiqyaslı bir araşdırma ilə incələməyə qərar veriblər. Depresiyanın necə meydana gəldiyini və necə müalicə edilə biləcəyini anlamaq üçün aparılan bu tədqiqatda, 20 min 880 nəfərin bədən temperaturu 7 ay ərzində izlənilib.
         Araşdırmanın nəticələrinə görə, depresiyada olan insanların bədən temperaturunun daha yüksək olduğu müəyyən edilib. Bununla yanaşı, bu nəticə, depresiya ilə bədən temperaturu arasında bir əlaqənin olduğunu göstərsə də, yüksək bədən temperaturunun depresiyaya səbəb olması və ya depresiyanın bədən temperaturunu artırması mənasına gəlmir. Alimlərə görə, bu vəziyyətin bir neçə səbəbi ola bilər və onlar bu səbəbləri araşdırmaq üçün işə başlayıblar. Tədqiqatçıların arasında depressiyanın bədənin enerji istifadəsinə təsir etməsi, bədənin depressiya zamanı özünü düzgün soyutmaması, zehni stress və ya iltihablanmanın da oxşar bir təsir göstərməsi kimi ehtimallar var.
         Digər tərəfdən, isti yoqa, isti hamam və ya saunaya getmək depressiya simptomlarının azalmasına kömək edə bilər. Bunun səbəbinin isə bədənin tər vasitəsilə istiliyini yenidən tarazlaması ola biləcəyi bildirilir. Araşdırmanın nəticələrinə görə, bədən temperaturu artdıqca depresiya əlamətləri də artır. UCSF-dən Dr. Ashley Mason bildirib ki, “Depresiya halları artdıqca, yeni müalicə metodları tapmaq həyəcan vericidir. Bəlkə də temperatur müalicələrini düzgün zamanda tətbiq etməklə depressiyanın təsirini azaltmaq mümkündür”.
    Paylaş