Bədənində 102 ədəd iPhone-nu gömrükdən keçirtmək istəyən qadın yaxalandı

TEXNOLOGİYA


19.07.2017 0 PAYLAŞIM 1038 OXUNMA


“Apple” məhsullarının qeyri-leqal şəkildə daşınması kimi xəbərlər artıq təəccüblü deyil.

Hər il yeni iPhone modelinin satışa çıxdığı gün, çoxlu sayda mağaza və alıcılar sözügedən cihazı baha qiymətə satmaq üçün külli miqdarda iPhone-u qeyri-leqal şəkildə daşıyırlar. Lakin bəzən bu cür hallar absurd vəziyyətlərə kimi çatır. Bir neçə gün bundan öncə Şençjen şəhərinin gömrüyündə cavan çinli qadın yaxalandı. Belə ki, gömrük əməkdaşlarını təəccübləndirən, yetərincə arıq olan qadının üzərində qabarmalara sahib böyük paltarın olması idi. Metal aşkaredici cihazdan keçəndən sonra hər şey məlum olub. Belə ki, qızın üzərində 102 ədəd müxtəlif modeldə iPhone cihazları və 15 ədəd premium səviyyəli Tissot saatları olub. Bütün bu cihazlar onun bədəninə bərkidilmişdi. Sözügedən bütün cihazların ümumi çəkisi isə 20 kq olub. Honkonqdan bu cihazları Çinə keçirtmək anlaşılandır. Məsələ burasındadır ki, Honkonqda “Apple” cihazları ucuz qiymətə satılır. Beləliklə dələduzlar onları külli miqdarda alıb daha sonra Çində baha qiymətə satırlar. 

İsveçrəli Alimləri geri qoymaq qərarına gələn alman alimlər qəşəng selifie çəkməyin sirrini açıblar