
Beyin ölümü gerçəkləşdiyi düşünülən bir adamın orqanları alınarkən oyandığı ortaya çıxıb!
Elm & Texnologiya
23.10.2024
Aslan
2021-ci ildə ABŞ-da baş verən hadisədə, orqanları alınmaq üçün əməliyyat masasında olan bir şəxsin oyandığı məlum olub.
ABŞ Nümayəndələr Palatasının Resurslar və Ticarət Komitəsi keçən ay orqanların necə alındığı və daşındığı barədə suallara cavab verən bir məktub yayımlayıb. Məktubda 2021-ci ildə Kentucky-də baş verən hadisə ilə bağlı məlumatlar açıqlanıb. 36 yaşlı Thomas Hoover II adlı ABŞ vətəndaşı, 2021-ci ilin oktyabrında xəstəxanaya yerləşdirilmiş, daha sonra isə beyin ölümü gerçəkləşdiyi səbəbilə və vəsiyyətinə uyğun olaraq orqan transplantasiyası üçün əməliyyata alınmışdı. Hoover əməliyyata gedərkən bacısı Donna Rhorer, qardaşının gözlərinin açıq olduğunu və ətrafa baxdığını deyərək etiraz edib, lakin həkimlər bunun tez-tez görülən bir refleks olduğunu bildiriblər.

Hoover-in ürəyi çıxarılmadan əvvəl damar tıxanıqlığını yoxlamaq üçün edilən kateterizasiya zamanı oyanıb və əməliyyat masasında çırpınmağa başlayıb. Xəstənin aşkar şəkildə hərəkət etməsi və "gözlə görünən şəkildə ağlaması" səbəbilə proses dayandırılıb və çıxarılan orqanlar yerinə qoyulub. Hadisədən sonra xəstəxananın həkimləri bu işlə əlaqələndirilmək istəməyib və əməliyyatdan çəkiliblər. Hoover baş verənlərə baxmayaraq sağ qalmağı bacarıb, lakin danışıq, yaddaş və hərəkət problemləri ilə üzləşməyə davam edir. Bu hadisədən sonra ölüm qərarı və orqan nəqli prosedurları ilə bağlı müzakirələrin daha da böyüməsi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
