Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılmsı üsulu ozon təbəqəsinə ciddi zərər vura bilər
Elm & Texnologiya
09.12.2024
Emil Nəcəfov
Alimlər narahatdırlar ki, Beynəlxalq Kosmik Stansiyanın (BKS) məhv edilməsi Yer kürəsi atmosferinə böyük miqdarda zərərli maddə tullantılarının ifrazına səbəb olacaq. Bu isə öz növbəsində ozon təbəqəsinin zədələnməsinə və nəticədə ciddi ekoloji problemlərin formalaşmasına yol aça bilər. Qeyd etmək lazımdır ki, plana əsasən BKS, NASA-nın sifarişi ilə SpaceX şirkəti vasitəsilə Yer kürəsinin orbitindən okeana düşürüləcək. Lakin bu proses ətraf mühitə ciddi zərər vura bilər. Əsas da planetin ozon təbəqəsinə. BKS-in, atmosferin sıx laylarına daxil olduğu zaman onun qismən yanması baş verəcək.
ABŞ-dan və digər ölkələrdən olan alimlər belə qənaətə gəliblər ki, bu proses nəticəsində böyük miqdarda zərərli kimyəvi birləşmələrin ayrılması baş verəcək. Bura həmçinin alüminium oksid nanohissəcikləri də daxildirlər. Bu zərərli kimyəvi birləşmələr Yer kürəsini ultrabənövşəyi şüalanmadan qoruyan ozon təbəqəsinə ciddi zərər vura bilərlər. Müqayisə üçün qeyd etmək lazımdır ki, 250 kq ağırlığında olan bir ədəd Starlink peykinin atmosferdə yanması təqribi olaraq 30 kq alüminium oksid nanohissəciyinin ayrılmasına səbəb olur. Bu hissəciklərin stratosferdə yayılmaları üçün 30 il vaxt lazımdır. BKS-in kütləsi isə tonlarla ölçülür.
Nəticədə onun atmosferdə qismən yanması daha ciddi nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq ediblər ki, bu cür zərərli kimyəvi tullantılar qlobal ekoloji problemləri daha da pis vəziyyətə sala bilərlər. Ozon təbəqəsinin məhvi isə ultrabənövşəyi şüalanma səbəbilə müxtəlif xəstəliklərə və iqlim üçün mənfi təsirə yol açır. Bununla belə BKS-in istismardan çıxarılması mövzusunda bu cür problemlərin olmayacaqları alternativ variant təklif edilməyib. BKS-in ölçüsünü nəzərə alsaq, əlavə araşdırmalar aparılmalı və ola biləcək zərərləri minimuma endirmək üçün əlavə tədbirlər görülməlidir. Qeyd etmək lazımdır ki, BKS-in istismardan çıxarılması 2030-cu ildən sonra baş verməlidir. Kosmik stansiyanın Yer kürəsi orbitindən okeana düşürülməsi prosesi 12-18 ay vaxt aparacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA kosmosun daha öncə heç görülməmiş möhtəşəm görüntülərini paylaşıb!
NASA kosmosun daha öncə heç görülməmiş möhtəşəm görüntülərini paylaşıb!
NASA-nın NEOWISE kosmik teleskopu əvvəllər görülməmiş kosmos görüntülərini paylaşıb. Alimlər ömrünü başa vuran bu kosmik aparatın topladığı məlumatlardan daha çox məlumat əldə etməyi ümid edirlər.
Yeni araşdırmalara əsasən, Venera planeti haqqında bildiklərimiz yanlış ola bilər!
Yeni araşdırmalara əsasən, Venera planeti haqqında bildiklərimiz yanlış ola bilər!
Yeni bir araşdırma ilə Veneranın sirrləri ortaya çıxarılarkən planetin heç vaxt yaşayış üçün əlverişli bir yer olmadığı müəyyən edilib. Alimlər planetdə maye suyun olmadığını bildirirlər.
1 ili 8 saata bərabər olan maraqlı bir planet: Dəmiri buxarlaşdıracaq qədər isti səthə sahibdir!
1 ili 8 saata bərabər olan maraqlı bir planet: Dəmiri buxarlaşdıracaq qədər isti səthə sahibdir!
"GJ 367 b" adlanan kiçik və eyni zamanda olduqca isti bir planetdə 1 il cəmi 8 saatdan ibarətdir. Üstəlik, onun maraqlı xüsusiyyətləri bununla bitmir.
NASA, Uran peyklərinin incələnməsi missiyasını hazırlayır
NASA, Uran peyklərinin incələnməsi missiyasını hazırlayır
NASA bir neçə universitetin alimləri ilə birlikdə Uranın peyklərinin incələnməsi ilə bağlı unikal missiyaya hazırlaşır. Uranın 28 peyki mövcuddur. Lakin alimlər onların arasında 3 böyük peykə diqqətlərini ayıracaqlar.
NASA buzlaqlar arasında gizli bir döyüş bazası aşkar edib!
NASA buzlaqlar arasında gizli bir döyüş bazası aşkar edib!
NASA radar texnologiyası ilə Qrenlandiyada Soyuq Müharibə bazası "Camp Century"ni aşkar edib. Baza UAVSAR (Uninhabited Aerial Vehicle Synthetic Aperture Radar) adlanan sistem ilə aşkar edilib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!