Bill Gates, Android ilə mübarizədə məğlubiyyəti Microsoft'un ən böyük səhvi adlandırdı

Bill Gates, Android ilə mübarizədə məğlubiyyəti Microsoft'un ən böyük səhvi adlandırdı

25.06.2019 PAYLAŞIM

    Microsoft şirkətinin əsas səhvi onda oldu ki, o, Google şirkətinə fərdi əməliyyat sistemi olan Android-i işə salmağa imkan verdi. Bu cür fikri Microsoft şirkətinin yaradıcısı Bill Gates bildirib. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib.

    “Ən böyük səhv mənim bacarıqsız rəhbərliyim səbəbilə Microsoft şirkətinin bugünki gündə Android-in olduğu bir şirkətə çevrilməməsidir. Android Apple cihazlarında çalışmayan standart mobil platformadır. Bu isə öz növbəsində Microsoft şirkətinin qalib gəlməsinə səbəb ola bilərdi. Bu elə bir vəziyyətdir ki, qalib olan tərəf özü ilə hər şeyi aparır. Hal hazırda Apple-dan olmayan yalnız yeganə bir əməliyyat sistemi üçün yer var və siz heç bilirsiniz onun qiyməti nə qədərdir? 400 milyard dollar. Həmin vəsait Google şirkətinə deyil Microsoft-a keçə bilərdi” - deyə Bill Gates bildirib.

Bənzər xəbər


    Bill Gates-in sözlərinə əsasən bu cür səhvin edilməsinə baxmayaraq Microsoft ilə Office hələ də bazarda güclü mövqelərə sahibdirlər. Onun sözlərinə əsasən əgər vaxtı ikən Microsoft həmin səhvi etməsəydi hal hazırda o, dünyanın aparıcı şirkəti olardı. Qeyd etmək lazımdır ki, Google şirkəti Android-i 2005-ci ildə almışdı. Məlumata əsasən bu alışın dəyəri 50 milyon dollar təşkil edib.

    Microsoft şirkəti isə mobil cihazlar üçün Windows Phone əməliyyat sistemini 2010-cu ildə istifadəyə verib. 2017-ci ildə şirkət bu əməliyyat sisteminin inkişaf etdirilməsindən və onun əsasında məhsulların hazırlanmasından imtina etdiyini elan etmişdi. Bu ilin yanvar ayında isə şirkət Windows 10 Mobile dəstəyini tamamilə dayandırmış və istifadəçilərə Android və ya iOS-ə keçid etmələrini məsləhət görmüşdü.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×