main-post-cover

    Bill Gates elektrikli yük maşınları ilə təyyarələrin uğurlu olacaqlarına inanmır

    Elm & Texnologiya
    09.09.2020
    Farid Pardashunas
        İnkişaf etmiş ölkələr və böyük şirkətlər bütün nəqliyyat növünün elektrikləşdirilməsinin tərəfindədirlər. Yüngül avtomobillərdən tutmuş elektromühərriklərə sahib olacaq böyük təyyarələrə kimi. Lakin belə optimistik mövqeni heç də hamı dəstəkləmir. Microsoft şirkətinin yaradıcısı Bill Gates-in fikrincə elektrikləşdirilmiş yüngül avtomobillərin gələcəkləri var. Lakin elektrikləşdirilmiş yük nəqliyyatı ilə təyyarələr elə konsepsiya mərhələsində qalacaqlar. Bu barədə Hightech.plus saytı xəbər verib. “Əgər biz hətta bərpa olunan enerji vasitəsilə çalışan və uzun yol qətt etməyi bacaran ucuz elektomobillər yaratsaq da bir çox nəqliyyat növü elektrikləşdirilməyə uyğun olmayacaq” - deyə Bill Gates öz bloqunda qeyd edib.
        O düşünür ki, böyük və ağır batareyalar yük maşınları, yük gəmiləri və sərnişin təyyarələri üçün uyğun deyil. Böyük çəki böyük batareyanın və ya bir neçə batareyadan ibarət blokların quraşdırılması deməkdir. Bu məsələnin məntiqi problemi ondan ibarətdir ki, istehsalçılar onsuz da çəkisi ağır olan nəqliyyat növlərini batareyalar vasitəsilə daha da ağırlaşdırmağa məcbur qalırlar. Gates qeyd edib ki, bu problemi hətta batareyalar sahəsindəki inqilabi həll yolları da aradan qaldıra bilməyəcəklər.

    “Siz, böyük olmayan məsafəni qətt etməli olduğunuzda elektrik enerjisi həqiqətən də çalışır. Lakin ağır və uzunməsafəli nəqliyyat növləri üçün digər həll yolu lazımdır” - deyə Gates qeyd edib.

        Bill Gates alternativ olaraq iki variantı təklif edir: Bioyanacaq elektroyanacaq. Birinci variant zərərli CO2-nin ifraz edilməməsi yolu ilə əldə oluna bilər. Bunun üçün qalıq şəklində qalan kənd təsərrüfatı məhsullarından istifadə etmək olar. Məsələn qarğıdalı saplaqları və ya kağız istehsalı zamanı artıq qalan materiallar. Bununla belə Gates qeyd edib ki, bioyanacağın aparıcı növlərinin tədqiqatına lazımi səviyyədə maliyyə ayrılmır. Buna görə də irimiqyaslı istehsalat barəsində danışmaq hələ tezdir. Buna görə də ikinci variant olan elektroyanacaqdan istifadə etmək olar. Lakin elektroyanacağın əsas mənfi cəhəti ondan ibarətdir ki, o, ənənəvi qazıntı yanacaq növündən 3-7 dəfə baha başa gəlir. Buna görə də 2020-ci ildə bu cür dünya iqtisadiyyatı vəziyyətində heç bir şirkət belə yanacaq növündən istifadə etməz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər