
Bill Gates-in 1999-cu ildə verdiyi proqnozlardan sonra reallaşan 15 texnologiya trendi
Elm & Texnologiya
07.07.2017
Emil
1999-cu ildə Bill Gates, “Business @ the Speed of Thought” adlı kitab yazmışdı. Həmin kitabda o, o vaxt üçün fantastik və inanılmaz görünün 15 texnoloji gələcək haqqında proqnoz vermişdi. Həmin proqnozları sizlərə təqdim edirik.
Qiymətlərin müqayisəsi üçün saytlar:

Proqnoz: “Mağazalardakı qiymətlərin müqayisəsi üçün
avtomatik servislər yaranacaq. Həmin servislər insanlara müxtəlif saytlardan
olan qiymətləri görməyə və istənilən sahədə olan ən ucuz qiymət göstəricisinə
sahib məhsulu tapmaqda yardımçı olacaqlar”.
Reallıq: Lazımi məhsulu Google və ya Amazon-da axtarıb eyni
məhsula müxtəlif qiymət göstəricisi tapmaq olar. NextTag və PriceGrabber kimi
servislər məhz məhsulların qiymətlərini müqayisə etmək üçün yaradılıblar.
Mobil cihazlar:

Proqnoz: “İnsanlar özləri ilə kiçik cihazlar daşıyacaqlar. Həmin
cihazlar vasitəsilə onlar istədikləri yerdən digər insanlarla əlaqə saxlaya və
kompüterdən istifadə edə biləcəklər. Onlar xəbərləri izləyə, təyyarə reyslərinə
baxa və bron edə, maliyyə bazarları haqqında məlumatlar əldə edə biləcəklər.
Bir söznən həmin cihazlar vasitəsilə onlar istədiklərini edə biləcəklər”.
Reallıq: Bəli, Bill Gates, smartfonların olacağını öncədən
görmüşdü.
Online ödənişlər, bank xidmətləri və internet tibbi:

Proqnoz: “İnsanlar,
online şəkildə ödənişləri ödəcəyək, maliyyə problemlərini həll edəcək və həkimləri
ilə ünsiyyət yarada biləcəklər”.
Reallıq: İT
hələki səhiyyə sahəsində inqilab yaratmayıb. Lakin “Uber”, nəqliyyat sahəsində inqilab
yarada bildi. Buna baxmayaraq artıq indi ZocDoc və DocDoc kimi servislər var. Həmin
servislər vasitəsilə lazımi həkimi tapmaq, onun haqqında rəylərə baxmaq və onun
qəbulunə yazılmaq olar. One Medical və Forward kimi startaplar isə böyük məlumatların
məhz tibb sahəsində çalışmasına nail olmaq istəyirlər. Onlar insan səhhətinin
uzaqdan izlənməsi üçün aylıq abunə haqqları təklif edirlər. PayPal kimi servislər
vasitəsilə isə çox rahatlıqla online ödənişləri reallaşdırmaq mümkündür.
Ağıllı assistentlər:

Proqnoz: “Ağıllı
personal assistentlər ortaya çıxacaq. Onlar sizin bütün cihazlarınızı birləşdirib
sinxronlaşdıracaq. Beləliklə həmin assistentlər, birləşdirilmiş və
sinxronlaşdırılmış cihazlar arasında məlumatların mübadiləsini mümkün edəcək.
Cihaz sizin poçt ünvanınızı və bildirişlərinizi yoxlayaraq sizə lazım olan məlumatı
təqdim edəcək. Mağazaya gedən zaman həmin cihaza hansı yeməyi bişirmək istədiyinizi
deyə biləcəksiniz. Cihaz isə öz növbəsində alınmalı olan ərzaqların siyahısını
təqdim edəcək”.
Reallıq: Smartfonda çalışan Google Now adlı ağıllıı
assistant görünür məhz bu yolla gedir. Bununla yanaşı Nest kimi cihazlar isə
sizin gündəlik işləriniz haqqında məlumatlar yığır və evdəki temperaturu tənzimləyir.
Bundan əlavə olaraq həmçinin səs ilə idarə olunan assistantlar da işıq üzü
görüb. Onlara misal olaraq Amazon Alexa, Google Assistant və Siri-ni gətirmək
olar.
Evin online videomonitorinqi:

Proqnoz: “Sizin evinizin videoizlənməsinin online şəkildə
sizə ötürülməsi norma halına gələcək. Sizin, evdə olmadığınız zaman sizə kimlərin
gəldikləri barədə sizlərə məlumat veriləcək”.
Reallıq: 2014-cü ildə “Google” şirkəti, evin izlənməsi üçün
kamera istehsalı ilə məşğul olan Dropcam-ı 555 milyon dollara almışdı. “Ring” adlı
şirkət isə evlər üçün kameralı ağıllı zəng hazırlayır. Beləliklə həmin zəng,
sizin evinizə gəlmiş insanları online şəkildə sizə göstərir.
Sosial media:

Proqnoz: “Sizin dostlarınız və ailə üzvləriniz üçün özəl veb
səhifələr norma halına gələcək. Onlar sizlərə ünsiyyət qurmağa və işlərinizi
planlaşdırmağa yardımçı olacaqlar”.
Reallıq: Beləliklə Bill Gates vaxtı ikən Facebook,
Instagram, Snapchat, Telegram, WhatsApp və Messengerin olacağını öncədən
görmüşdü.
Avtomatlaşdırılmış promo aksiyalar:

Proqnoz: “Proqram sizin, səyahət bron etdiyinizi biləcək və
bu məlumatlar əsasında sizlərə müxtəlif əyləncələr təqdim edəcək. Proqram sizlərə
müxtəlif əyləncələrin ən kiçik qiymətlərini, endirimlərini və s. təklif edəcək”.
Reallıq: Expedia və Kayak kimi saytlar əvvəlki alış-verişlərinizin
əsasında sizlərə müxtəlif təkliflər edirlər. Facebook reklamları isə istifadəçinin
marağı və yerləşdiyi yerdən asılı olaraq onun diqqətini cəlb edəcək reklamları istifadəçiyə
təqdim edir. Airbnb servisi isə insanlara müxtəlif turların təşkili xidmətlərini
təklif edir.
İdman oyunlarının müzakirəsi üçün saytlar:

Proqnoz: “Bu cür saytlar real zaman ərzində televizorda
verilən idman oyunlarını müzakirə etmək və hansısa idman komandasına pul
yatırmaq imkanını verəcək”.
Reallıq: Demək
olar ki, bütün sosial medialar bu funksiyaya sahibdirlər. Bu baxımdan Twitter çox
inkişaf etdi. Bəzən o özü də idman oyunlarının canlı yayımları ilə məşğul olur.
ESPN kimi saytlar da bu cür oyunları müzakirə etməyə imkan verir.
Kontekst reklam:

Proqnoz: “Ağıllı reklam bir çox cihazlar üçün normal bir şey
olacaq. Onlar sizlərin istehlak tələblərinizi biləcək və maraqlandığınız mövzu
ilə əlaqədar reklamları sizlərə təqdim edəcəklər”.
Reallıq: “Google” və “Facebook” kimi şirkətlər bu sahəni çox
yaxşı mənimsədilər. İstənilən reklam isə televiziya dövründən qalan köhnə təcrübə
kimi qəbul olunur.
Canlı yayımlar zamanı veb səhifələr üçün linklər:

Proqnoz: “Televiziya yayımı, internet ilə birləşərək bu və
ya digər mövzu ilə sıx əlaqəli olan veb saytlara linklər təklif edəcək”.
Reallıq: Demək olar ki, hər bir reklam müəyyən sayta link ilə
birlikdə təqdim olunur. Məsələn, Twitter-də hansısa səhifəyə abunə olmaq. Veb
sayta linksiz təqdim olunan televiziya reklamı da keçmişdə qalmış bir xüsusiyyətdir.
Diskussiyalar üçün vətəndaş meydançaları:

Proqnoz: “Müxtəlif ölkələrin və şəhərlərin vətəndaşları,
siyasət, təhlükəsizlik və s. kimi mövzuları internetdə müzakirə edə biləcəklər”.
Reallıq: Bir çox xəbər saytları istifadəçilərə rəylərdə bu və
ya digər mövzuda müzakirə aparmağa imkan verir. Digər insanlar isə bunun üçün
ayrıca forumlar yaradırlar. Lakin bu baxımdan ən böyük innovasiyanı məhz Facebook
və Twitter gətirdi.
Müxtəlif maraqlar üçün saytlar:

Proqnoz: “Online cəmiyyətlər müxtəlif maraqlar əsasında
yaranacaqlar”.
Reallıq: Çox sayda xəbər saytları və online cəmiyyətlər bir
mövzu ətrafında cəmlənirlər. Buna misal olaraq Reddit-i gətirmək olar. Belə ki,
Reddit, müxtəlif mövzular üzrə bir neçə bölmələrə ayrılıb.
Layihələrin idarəolunması üçün servislər:

Proqnoz: “Hansısa layihə üçün komanda yığan layihə menecerləri
bunu online rejimdə edə biləcəklər”.
Reallıq: Bir çox proqramlar, kollektiv şəkildə layihələr
hazırlamağa imkan verir. Buna misal olaraq GitHub-ı gətirmək olar.
Online iş axtarma platformaları:

Proqnoz: “İnsanlar
özlərinin maraq və bacarıqlarının əks olunacağı istifadəçiləri yaradaraq online
rejimdə iş axtara biləcəklər”.
Reallıq: LinkedIn-ə
bənzər saytlar, CV hazırlayaraq maraqlar əsasında iş tapmağa imkan verir. İşverənlər
isə özlərinə lazım bacarıqlar əsasında işçilər axtara bilirlər.
Sahibkarlar üçün sosial şəbəkələr:

Proqnoz: “Şirkətlər də istədikləri sahələrdə mütəxəssislər
axtara biləcəklər. Bu cür imkandan həm böyük şirkətlər istifadə edəcəklər
hansılar ki, adətən görmədikləri işləri başqalarına həvalə edirlər, həmdə yeni
fəaliyyətə başlayaraq müştəri axtaran kiçik firmalar yararlana biləcəklər”.
Reallıq: Biznes üçün nəzərdə tutulmuş servislər artıq, sosial
təmələ sahib işlərə önəm verirlər. Məsələn onlar digər böyük şirkətlərlə əlaqə
yaratmaq imkanını verərək daha perspektivli layihələrin yaranması üçün
dialoqlara start verirlər. Upwork kimi tətbiqlər isə böyük biznes üçün müxtəlif
freelancer işçilərin axtarışına yardımçı olur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
