Bionic Lens adlı xüsusi linzalar, insana qeyri-adi bacarıqlar verəcək (VİDEO)

Bionic Lens adlı xüsusi linzalar, insana qeyri-adi bacarıqlar verəcək (VİDEO)

Texnologiya
06.09.2017 PAYLAŞIM

Hələ bir neçə müddət bundan öncə biz, fantastik filmlərdə görürdük ki, xüsusi linza və implantların hesabına görmə qabiliyyətini itirmiş insanlara yenidən görmə qabiliyyətini qazandırırlar.

Bu cür mövzular əsasən kiberpank janrda daha üst səviyyədə təqdim olunub. Lakin hər il, kiberprotezləşdirmə mövzusu daha real olmaq üzrə gedir və o qədər də fantastik görünmür. Məsələn, Kanadanın “Ocumetics Technology” şirkəti, Bionic Lens adlı bionik linzaların klinik testlərini artıq keçirdir. Bu linzalar, adi eynəkləri və digər linzaları əvəz edə bilər. Bununla yanaşı mütəxəssislər, yaxın 2 il ərzində həmin linzaları kütləvi istehsala buraxmağı planlaşdırırlar. Bionic Lens, katarakta cərrahiyyəsi sayəsində təbii linzaları əvəz edən dinamik linzalardır. Sözügedən cihaz, bütün məsafələrdə olan görmə qabiliyyətini bərpa edir. Bundan əlavə olaraq bu cür linza, göz əzələlərinə birləşərək özünü tənzimləyə və beləliklə müxtəlif məsafələrə fokuslanmağa imkan verir. Bununla yanaşı bu cihaz vasitəsilə insan, adi vəziyyətdən daha yaxşı görmə qabiliyyətinə sahib olur. Maraqlısı isə ondadır ki, Bionic Lens-dən istifadə zamanı, insan, adi gözə tələb olunandan fərqli olaraq enerjinin 1/100 hissəsini istifadə edir.

Nəticədə hətta bütün gün ərzində kitab oxusanız belə, gözlərinizdə yorğunluq hiss etməyəcəksiniz. Yaradıcıların sözlərinə əsasən bionik linzalar hesabına 30 metr məsafədə ən kiçik detalları belə görmək mümkündür. Bununla yanaşı böyük olmayan məsafələrdə, görmək üçün adətən mikroskopun lazım olduğu obyektləri də görmək mümkündür. Məsələn, barmağı linzaya yaxınlaşdıranda, dərinin ayrı-ayrı hüceyrələrini görmək olacaq. Onu da qeyd etmək lazımdır ki, şirkət öz linzalarını, gələcəkdə onları yeniləmək mümkünlüyü ilə birlikdə hazırlayır. Məsələn, gələcəkdə göz qişasının üzərinə mobil cihazın interfeysi əks oluna, piksel keyfiyyəti yüksələ və ya dərmanın birbaşa gözə ötürülməsi sistemi tətbiq oluna bilər. Bionic Lens mütəxəssisləri bildiriblər ki, bu cür bionik linzanın qiyməti 3200$ təşkil edəcək. Bu isə əməliyyata xərclənəcək vəsaitin hesaba alınmaması ehtimalında olan bir qiymət göstəricisidir.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi brendi özünün Redmi Watch adlı ilk smart saatını təqdim edib - QİYMƏTİ..

Yeni smartfonlarla birlikdə Xiaomi-nin Redmi brendi həmçinin özünün Redmi Watch adlı ilk smart saatı..


SpaceX-in yeni rekordu: Eyni Falcon 9 raketi 7-ci kosmik uçuş missiyasını uğurla..

SpaceX şirkəti çoxistifadəli kosmik aparatlar sahəsində növbəti rekorda imza atıb. Belə ki, şirkət e..


Cənubi Koreyadan olan tədqiqatçılar naqilsiz infraqırmızı şarj texnologiyasını y..

Cənubi Koreyadan olan tədqiqatçılar smartfonlar üçün naqilsiz infraqırmızı şarj texnologiyasını yara..


İnsayderlər Intel şirkətinin 5 nanometrlik prosessorlarının nə zaman istehsal ol..

Intel şirkəti özünün 7 nanometrlik prosessorlarını hələ təqdim etməyib. Lakin buna baxmayaraq insayd..


Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun..


İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcə..

Apple şirkətinin iPhone 12 smartfonları 5 nanometrlik prosessor əldə etmiş ilk smartfonlar oldular. ..

×