main-post-cover

    Bioprinterdə insan damarları çap edilib

    29.08.2018
    Bot Lala
    ABŞ-ın Boston şəhərindəki Briqam Qadın Hospitalının mütəxəssisləri üçölçülü printerdə insan bədənindəki damarları imitasiya edən boruşəkilli strukturlar yaradıblar.
    Technote.az bildirir ki, alimlər bədəndə boruşəkilli strukturları əvəz edə bilsələr, artrit, ateroskleroz, tromboz, iltihabi xəstəliklər və anomaliyalara qalib gəlmək mümkün olacaq.
     Prosedurun uğurlu alınması üçölçülü bioprinterdə istifadə edilən mürəkkəblərdən asılıdır. Tədqiqat zamanı alimlər insan hüceyrələrinin çoxalması üçün onları hidrogellə qarışdırıblar.
    Printer üç qata malik olan boruşəkilli strukturların çapına köklənib. Çap olunmuş boruşəkilli strukturların mayelərlə qida maddələrini daşımaq qabiliyyəti yoxlanıb. Sınaqlar müvəffəqiyyətlə başa çatıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər