main-post-cover

    Bir 'Java' proqramçısı illik nə qədər qazanır? Necə 'Java' proqramçısı ola bilərəm?

    01.08.2017
    Farid Pardashunas
    'Java' proqramlaşdırma dilindən danışırıqsa, ilk öncə bu məqaləmizi oxuyub daha detallı məlumatı əldə etməlisiniz. Mövzu 'Java' olduqda, bu proqramlaşdırma dilini və onun vasitəsilə edilən işləri təsvir etmək üçün gərək 10-larla məqalə yazaq. Bu dəfə ki, mövzuda isə hamımıza maraqlı olan bir nüansı ön plana çəkəcəyik. 'Java' proqramçıları illik ortalama nə qədər məvacib əldə edir? Ölkələr üzrə pay bölgüsü necədir və ən əsası bu qədər pulu qazanmaq üçün nələri bilmək, etmək lazımdır?
    PayScale mənbəsinin araşdırmasına görə bir 'Java' proqramçısının Amerikada illik gəliri ortalama 73,268 ABŞ dolları təşkil edir.
    İllik gəlirləri 100.000$ -a çatanlarla yanaşı, əlavə bonus alan proqramçıları da unutmayaq. Amerikada 'Java' proqramçısının aldığı illik bonus faizi təqribən aldığı məvacibin 10% hissəsini təşkil edir. 2017-ci ilin 11 iyulna olan ortalama statistikaya görə Amerikada Java proqramçıları il ərzində 49,292$ - 113,215$ arası məvacib alır.

    Başqa bir mənbə olan Daxx.com proqramçıların, proqramlaşdırma dillərinə görə illik gəlirlərinin analizi göstərən bir infoqrafiya yayımlayıb. Yayımlanan infoqrafik məlumata əsasən Amerikada 'Java' proqramçılarının ortalama qazancı təxminən 102,059$ göstərilir. Paylaşılan məlumatdan da göründüyü kimi 'Java' proqramçıları ən çox qazananlar sırasındadır.
    Payscale.com eyni zamanda 'Java' proqramçılarının karyeralarının inkişafı üçün əsas fokuslanmalı olduqları detalları da araşdırıb və  bu proqramçılar növbəti 20 illik karyeralarını aşağıdakı istiqamətlər üzrə inkişaf etdirməlidir.
    Yenə adı çəkilən mənbədən əldə olunan məlumatlara əsasən bir maraqlı və müqaisəli faktı da diqqətinizə çatdırmaq istərdik. Amerikada 'Java' proqramçıların 100.000 dollardan çox məvaciblərinin olmasına baxmayaraq, hamımızın tanıdığı son illərin IT beyinlər ixracı edən ölkəsi Hindistanda bu rəqəm illik cəmi 6764 dollardır. Bu nəticə bir daha onu sübut edir ki, məhz sifarişçilər niyə Hindistandan olan proqramçılarla çalışır.
    Azərbaycanda rəqabət mühitinin zəif olduğunu nəzərə alsaq ölkəmizdə 'java" proqramçılarının gəlirini hesablamaqda çətinlik çəkərik. Azərbaycanda professional 'Java' proqramçısının illik gəliri kifayət qədər yükəsəkdir. Bu proqramlaşdırma dilini bilən şəxslərin böyük əksəriyyəti sifarişlər əsasında fəaliyyət göstərir, belə olan halda isə proqramçının illik gəliri 20.000 AZN də keçə bilər. Təsadüfi deyil ki, Azərbaycanda professional proqramçıların az olması və rəqabətin aşağı səviyyədə qalması yerli proqramçıların əməklərinin dəyərini daha da artırır və bu nüans qiymətlərdə bir başa öz əksini tapır.
    Azərbaycanda olan bu mövcud şəraiti dəyərləndirmək eyni zamanda 'Java' proqramlaşdırma dilini öyrənməklə qlobal miqyasda bir dərəcə əldə edib beynəlxalq satışlar etmək qulağa xoş gələ bilər ki, bunun gözəl nümunəsini hindistanlı və pakistanlı proqramçılardan görürük. Xaricdə yaşamaq və işləmək istəyən bir insan üçün də proqramçılıq əvəzsiz bir peşədir. 'Java' proqramlaşdırma dilini öyrənmək üçün internetdə xeyli resurs var amma biz bu qarışıq resurslardansa sizə elə Azərbaycanda fəaliyyət göstərən və doğma dildə məlumat öyrənə biləcəyiniz eyni zamanda isə qlobal bir sertifikatla təmin olunacağınız IT kursu olan STEP IT Akademiyanı məsləhət görə bilərik.
    Java proqramçıları yetişdirmək hədəfində olan kursun bu proqramı ilə mütləq tanış olmasınız. Detallı informasiyanı isə buradan əldə edə bilərsiniz.

    Linki kopyala