
Bugün günorta vaxtı kapitalizasiyasına görə ən böyük kriptovalyuta olan bitcoinin qiyməti 12.000$-ı keçdi.
Birja məlumatları buna bariz nümunədir. Coinmarketcap saytında bitcoinin orta birja göstəricilərinə əsasən bu kriptovalyuta yeni rekorda imza atıb. Bir sutka ərzində onun dəyəri 6% artıb. Bitcoinlə yanaşı həmçinin digər məşhur kriptovalyutaların da qiyməti yüksəlir. Qeyd etmək lazımdır ki, bitcoinin qiyməti heç də bütün birjalarda 12.000$-ı keçməyib. Məsələn, Poloniex adlı birjada onun qiyməti 11.800$ təşkil edib. Coinmarketcap-ın göstəriciləri əsasən həmçinin Cənubi Koreya birjalarının göstəricilərini də özündə birləşdirir. Bir çox Cənubi Koreya birjalarında isə bitcoinin dəyəri digər birjalardakından qat-qat yüksək olur.
Şərh yoxdur