main-post-cover

    Bir neçə həftədən sonra Apple şirkəti öz məhsullarının abunəlik sistemi üzrə satışını təqdim edə bilər

    Elm & Texnologiya
    11.06.2020
    Farid Pardashunas
        Apple şirkəti öz məhsullarına tələbatın artması üçün yeni üsul fikirləşib. Yeni məlumat sızıntılarına inansaq, bir neçə həftədən sonra Apple Card istifadəçiləri yeni Apple məhsullarının ödənişlərini 6 və ya 12 ay müddətinə hissə-hissə reallaşdıra biləcəklər. Bu barədə Bloomberg saytı xəbər verib. Keçən il Apple Card adlı debet kartının təqdim olunması ilə Apple şirkəti maliyyə xidmətlərini təqdim edən şirkətə çevrilmək üzrə ilk addımını atmışdı.
        Bu kart heç bir gizli komissiyaya sahib deyil və üstəlik istifadəçilərə cashback imkanını da verir. Məlumata əsasən şirkət yaxın bir neçə həftə ərzində yeni xidməti istifadəyə verməyə hazırlaşır. Həmin xidmət sayəsində istifadəçilər Apple məhsullarının ödənişlərini hər ay müəyyən vəsait şəklində hissə-hissə reallaşdıra biləcəklər. iPad, iMac, Apple Pencil stilusları, Mac XDR Display ekranları və s. kimi məhsullar üçün 12 aylıq hissə-hissə ödəmə imkanı aktivləşdiriləcək.
        iPod, Apple TVHomePod kimi məhsullar üçün isə 6 aylıq hissə-hissə ödəmə imkanı aktivləşdiriləcək. Hər iki halda da komissiya tutulmayacaq. Başqa sözlə desək, bir dəfəlik AirPods Pro qulaqlığına 250$ ödəmək yerinə alıcı 6 ay müddətində hər ay 42$ ödəyə biləcək. Ödənişlər Wallet tətbiqindəki Apple Card bölməsi vasitəsilə ediləcək. Qeyd etmək lazımdır ki, buna bənzər proqramı şirkət keçən il iPhone-lar üçün də istifadəyə vermişdi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər