Bir sahə ilə yetinməyən Jack Ma və onun  Alibaba  şirkəti

Bir sahə ilə yetinməyən Jack Ma və onun Alibaba şirkəti

Texnologiya
17.09.2017 PAYLAŞIM

Çinin ən böyük elektron ticarət platforması “Alibaba”nın kapitalizasiyası, 458 milyard dolları keçib. Şirkətin perspektivli biznes istiqamətlərinin sayı isə artıb.

İndi Jack Ma-nın şirkəti təkcə elektron kommersiya bazarını deyil, həmdə bulud sənayesini və offline ticarət bazarlarını da fəth edir. “Alibaba”nın nəhəng biznesi, Jack Ma-nın, 1999-cu ildə öz evində başlatdığı işdən yaranıb. Hal hazırda isə bu korporasiya, yarım trilyon dollar qiymətində dəyərləndirilir. Beləliklə Jack Ma, etiraf edir ki, biznesə olan baxışı dəyişmək və daha qlobal məqsədlərin ardınca getmək lazımdır. “Alibaba”nın bazardakı yerini, Jack Ma, dağa qalxmaq ilə eyni səviyyədə tutur. İlk qalxış vaxtlarında bu, böyük zövq verir.

Lakin 4000 metrdən yuxarı qalxdıqda isə artıq hava çatmır və proses daha da qəlizləşir. Şirkət, simvolik olan 5000-6000 metr yüksəklikdə yerləşir. Buna baxmayaraq şirkətin rəqibləri var. Onlara misal olaraq Çinin “Tencent” korporasiyasını və ABŞ-ın “Amazon” şirkətini gətirmək olar. Lakin Ma-nın fikrincə elektron kommersiya bazarında hələki laiqli bir mütəxəssis yoxdur. Belə ki, bu sahə, 20-25 il bundan öncə yaranıb. “Alibaba”nın bu şəraitdə olan əsas məqsədi, lazımi infrastrukturu yaratmaqdır.


“Mən bunu demişəm və dəfələrlə də deyəcəm: Alibaba-nın digər bazarlara çıxması, onu qloballaşdırmaq demək deyil. Biz, elektron kommersiya infrastrukturunu, online ödənişlər infrastrukturunu, logistika infrastrukturunu və bulud hesablamaları sahəsini qloballaşdırırıq” – deyə Jack Ma bildirib. Bununla belə, artıq 9 ildir ki, “Alibaba”, özünü, elektron kommersiya sahəsində fəaliyyət göstərən bir şirkət adlandırmır. “Tesla” kimi “Alibaba” da yalnız bir sahə ilə kifayətlənmək istəmir. O, ekosistemləri yaratmaq niyyətindədir. Bu yolda şirkət dəfələrlə Çin höküməti ilə danışıqlar aparıb.

Ma düşünür ki, hökümətə aşiq olmaq olar, lakin onunla evlənmək olmaz. Həmçinin banklarla da şirkət, sadə olmayan münasibətlərdədir. Onlardan bir çoxları, şirkəti, düşmən kimi görür. Lakin Ma-nın fikrincə bu hal əksinə yaxşıdır. Belə ki, banklar dəyişməyə başlayırlar. “Pələng səni təqib edəndə, aydın olur ki, sən, gözlədiyindən daha sürətli qaça bilirsən” – deyə Ma bildirib. Növbəti illər ərzində şirkət öz mövqelərini bərkitməyi planlaşdırır. Hal hazırda şirkətin ticarət platforması, gün ərzində 55 milyon sifarişi emal edir. Jack Ma, bu göstəricini, 1 milyarda yüksəltmək niyyətindədir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nəyə görə Qualcomm yeni prosessorunu Snapdragon 875 deyil Snapdragon 888 adlandı..

Son illər ərzində biz öyrəşmişik ki, Qualcomm-un flaqman Snapdragon prosessorları 8x5 kimi adlandırı..


Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki öz..

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun ..


Qualcomm şirkəti 5 nanometrlik Snapdragon 888 prosessorunu anons edib

Dünən Qualcomm tərəfindən keçirilmiş Tech Summit Digital 2020 tədbirinin ilk günündə şirkət Snapdrag..


Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdi..

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign..


Gələn ildən smartfonların qutularında cihazların təmir olunma mümkünlüyü reytinq..

Zəmanət müddətinin bitməsindən sonra smartfonun təmir olunması prosesi bir sıra qəliz nüanslardan ib..


Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdi..

Artıq sabah Qualcomm şirkəti özünün Snapdragon Tech Summit 2020 tədbirini keçirdəcək.

×