Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən böyük günəş elektrostansiyası inşa ediləcək
Elm & Texnologiya
27.01.2025
Emil
Masdar və Emirates Water and Electricity Company (EWEC) şirkətləri dünyanın ilk irimiqyaslı layihəsinin işə salındığını elan ediblər. İşə salınmış layihə özündə günəş batareyaları ilə enerji saxlama sistemlərini birləşdirir və o, 24/7 ərzində Əbu-Dabini elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulub. Layihə 5.2 giqavat gücündə günəş elektrostansiyasının və 19 giqavat-saat həcmli enerji saxlama sisteminin inşasına hədəflənib. Bu öz növbəsində bərpa olunan enerji mənbələrindən gündəlik 1 giqavat enerji gücünü təmin etməyə imkan verəcək. İnşa ediləcək bu obyektlər 52.44 kvadrat kilometrlik sahədə yerləşəcəklər.
“Birləşmiş Ərəb Əmirliklərində Masdar şirkəti tərəfindən hazırlanmış bu rekord miqyaslı layihə 10 000-dən çox yeni iş yerinin yaradılmasına imkan verərək innovasiyalar ilə iqtisadi yüksəlişi stimullaşdıracaq” - deyə layihənin müəllifləri qeyd ediblər. Məlumatda qeyd edilib ki, bu layihə çərçivəsində ərsəyə gətiriləcək elektrostansiya həm gündüz həm də gecə fasiləsiz şəkildə təmiz enerjini ötürməklə bərpa olunan enerji mənbələrinin qeyri-stabillik problemlərini aradan qaldıracaq. Qeyd etmək lazımdır ki, sözügedən layihənin dəyəri 6 milyard dollar təşkil edir və onun 2027-ci ildə yekunlaşdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub. Layihə Birləşmiş Ərəb Əmirliklərinin 2050-ci ilə kimi olan energetika strategiyasının bir hissəsinə çevriləcək.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Alimlər qaranlıqda belə elektrik enerjisi istehsal edə bilən günəş paneli hazırlayıblar!
Çinli alimlər günəş işığından asılı olmayaraq istiliyi elektrikə çevirən yeni enerji hüceyrəsi hazırlayıblar. HHC (Hermetic Hydrovoltaic Cell) adlanan sistem az su ilə çalışır və səhra kimi ərazilərdə də səmərəli şəkildə işləyə bilir.
Elm & Texnologiya
Dünyanın ilk ikiüzlü “günəş pəncərəsi” hazırlanıb!
TNO tədqiqatçıları dünyanın ilk ikiüzlü günəş pəncərəsini uğurla quraşdırıblar. Bu yeni konsepsiya, həm enerji səmərəliliyinə, həm də enerji istehsalına fokuslanaraq diqqət cəlb edir.
Elm & Texnologiya
Avstraliyada dünyanın ən böyük günəş elektrostansiyası inşa ediləcək
Avstraliyanın ətraf mühit naziri Tanya Plibersek, Avstraliyada dünyanın ən böyük günəş elektrostansiyasının inşası layihəsini təsdiqləyib.
Elm & Texnologiya
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Oksford Universitetinin alimləri, hazırladıqları yeni materialla demək olar ki, istənilən məhsulu günəş panelinə çevirə bilir. Bu yenilik sayəsində günəş fermalarına ehtiyac azala bilər.
Elm & Texnologiya
Alimlər, günəş enerjisi ilə havadan suyu səmərəli şəkildə toplayan sistem hazırlayıblar!
Səudiyyə Ərəbistanı Kral Abdullah Elm və Texnologiya Universitetinin tədqiqatçıları, günəş işığından istifadə edərək, tez-tez texniki xidmət tələb etmədən havadan su toplaya bilən sistem hazırlayıblar.
Ən çox oxunanlar