Bitcoin dəlisovluğu davam edir. 1 həftə ərzində Coinbase servisində 300.000 yeni bitcoin portmanatı açılıb

Bitcoin dəlisovluğu davam edir. 1 həftə ərzində Coinbase servisində 300.000 yeni bitcoin portmanatı açılıb

Texnologiya
29.11.2017 PAYLAŞIM

Kriptovalyutanın saxlanması, ticarəti və mübadiləsi servisi olan Coinbase-in ümumi istifadəçi sayı 13.3 milyona çatıb.

Bir həftə ərzində bu servisdə 300.000 yeni istifadəçi qeydiyyatdan keçib. Bu barədə CNBC saytı xəbər verib. Bu, son zamanlarda bitcoinin qiymətinin qalxması ilə əlaqəlidir. Bitcoinin qiyməti artıq 10.000$-ı keçib. Görünür, Coinbase servisinə daha çox insanın gəlməsi nəticəsində bitcoinin qiyməti getdikcə daha da yüksələcək. Coinbase dünyanın ən məşhur fintech şirkətlərindən biridir. Onun kapitalizasiyası 1 milyard dolları keçib.



Şirkətin saytındakı məlumata görə o artıq 50 milyard dollar dəyərində kriptovalyuta əməliyyatı reallaşdırıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, bitcoinin kapitalizasiyası 160 milyard dollar təşkil edir. Kriptovalyuta bazarındakı vəziyyət bu servisə sərf edir. Hələ Oktyabr ayının sonunda servisdə 11.7 milyon insan qeydiyyatdan keçmişdi. İndi isə 1.5 milyon insan daha qeydiyyatdan keçib. 1 il ərzində servisin istifadəçi bazası 147% artıb. Çox güman ki, bu, bitcoinin qiymətinin sürətlə yüksəlməsi ilə bağlıdır. 1 həftə bəs etdi ki, bu kriptovalyuta öz dəyərini 2000$ artırsın. Həmin müddət ərzində isə Coinbase-də 300.000 yeni bitcoin portmanatı açılıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×