Bitcoin-lər haqqında bilməli olduğunuz 30 maraqlı fakt

Bitcoin-lər haqqında bilməli olduğunuz 30 maraqlı fakt

Texnologiya
19.08.2017 PAYLAŞIM

Bitcoin-in məzənnəsi rekord olaraq 4500$-a çatıb. İqtisadçılar isə artıq, dolları, əsas rezerv valyuta kimi bitcoin ilə əvəz etməyi müzakirə edirlər. Lakin çox az adam, tələbatın çox olduğu bu kritovalyuta haqqında maraqlı faktları bilir. Bitcoin haqqında 30 maraqlı faktı sizlərə təqdim edirik.

1. Bitcoin-lərin 1.5%-i FBI-ya məxsusdur


2. Bitcoin-in güman olunan yaradıcısı Satoshi Nakamoto-nun var-dövləti 2 milyard dollar dəyərində olmalıdır. Satoshi Nakamoto haqqında məlumatların əldə olunması üçün bir çox cəhdlər edilmişdi. Lakin bu cəhdlərin hamısı nəticəsiz qalımışdır

3. Hal hazırda heç bir ölkə və ya təşkilat, bitcoin-i idarə etmir

4. Bitcoin-lərin 64%-i heç vaxt istifadə olunmayıb və heç vaxt da istifadə olunmayacaq

5. Bitcoin-in qiyməti, 2010-cu ildən 879.999 dəfə artmışdır

6. Ən böyük bitcoin startaplar, Circle, Blockstream Digital Assets Holdings-dir

7. Blockchain texnoogiyasından istifadə edən banklar hər il 8-12 milyon dollar vəsait qənaət edirlər

8. Dünyada olan yalnız 807 nəfər insan, bitcoin vasitəsilə əldə edilmiş gəlirdən vergi ödəyib

9. Böyüklüyünə görə dünyanın 4-cü ən böyük kriptovalyuta birjası Bithumb, 29 İyun 2017-ci il tarixində hack edilmişdir. Nəticədə müştərilərin hesablarından külli miqdarda kriptovalyutalar itməyə başladı

10. 22 May 2010-cu ildə bir şəxs, 10.000 bitcoin-ə bir pizza sifariş etmişdi. İndiki məzənnəyə uyğun olaraq isə bu, 41 milyon dollardan bir qədər çoxdur

11. Bitcoin şəbəkəsindəki tranzaksiyaları geri qaytarmaq olmur

12. Britaniyalı bir şəxs, daxilində 7.5 milyon dollar dəyərində bitcoin-in olduğu sərt diski atmışdı. O düşünürdü ki, sərt diskin daxilindəki bütün məlumatları kopyalayıb. Lakin bunun əksinin olduğunu biləndə iş-işdən artıq keçmişdi

13. Bitcoin tranzaksiyaları barəsində bütün məlumatlar open-source olaraq yerləşir və onlara blockchain sistemi vasitəsilə baxmaq olar

14. Bitcoin mining-i üçün nəzərdə tutulmuş kompüterlər şəbəkəsi, 500 ədəd superkompüterdən daha güclüdür

15. 2016-cı ildə bir şəxs, 5$ əvəzinə səhvən 137.000 dollar dəyərində bitcoin köçürməsi etmişdi. Nəticədə isə həmin məbləği geri qaytarmaq mümkün olmamışdı

16. Ümumi tapılacaq bitcoin-lərin maksimal sayı 21 milyondur. İndiki vaxtda 17 milyon bitcoin tapılıb. Proqnozlara əsasən bu limit, 2040-cı ilə kimi çatacaq

17. Kipr Universiteti, dünyanın ilk universitetidir ki, orda təhsil haqqı həmçinin bitcoin-lər vasitəsilə qəbul olunur

18. Yaxın gələcəkdə bitcoin-lərin hesabına kosmosa uçmaq mümkün olacaq

19. Counter Strike oynayaraq bitcoin qazanmaq mümkündür. Starcraft çempionatı tarixində ən böyük uduş məbləği də bu kriptovalyuta vasitəsilə əldə edilmişdir

20. Kaliforniya dairə məhkəməsi, pulların yuyulması ilə bağlı məsələni ləğv edib. Belə ki, onun fikrincə bitcoin, qanuna əsasən real pul deyil

21. Bu ilin əvvəlindən bitcoin, 162% bahalaşıb

22. Hal hazırda 48 şirkət, müxtəlif məhsul və xidmətlərə görə ödəniş kimi bitcoin-ləri qəbul edir

23. Bitcoin-in qəpik tərzində olan ekvivalentinin yaradılması cəhdləri olub. Əslində Casascius, üzərində holoqrafik kodu olan və rəqəmsal portmanata giriş açarı kimi qəbul olunan bitcoin qəpiyidir. Bir çox yerlərdə bitcoin barəsində məlumatlarda əks olunmuş həmin qəpik fotolarındakı məhz Casascius-dur

24. 2009-cu ildə Norveçdə bir gənc, 27$-a bitcoin-lər almışdı. Lakin sonradan o, həmin bitcoinlər barəsində unutmuşdu. Bir müddət sonra aldığı bitcoin-lər yadına düşəndə isə onların ümumi dəyəri artıq 886.000$ idi

25. Belçikada bitcoin-lərə vergi qoyulması ləğv olunub

26. Tayland, dünyanın ilk ölkəsidir ki, bitcoin-i qadağa qoyub

27. Varolan bitcoin-lərin 5%-i Dark Web-də istifadə olunur

28. Dünya banklarının 69%-i, bitcin-lərlə müxtəlif təcrübələr aparırlar

29. İlk 5 il ərzində bitcoin-in qiyməti 0-dan 1000$-a qalxıb

30. Dünyanın ilk bitcoin bankomatı, Kanadanın Vankuver şəhərində istifadəyə verilib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..

×