
Bugün bitcoin və digər kriptovalyutaların qiymətlərində 20-40% eniş müşahidə olunub.
Coinmarketcap-ın məlumatlarına əsasən bitcoinin qiyməti 23.5% (13.138$) aşağı düşüb. Dünyanın ən məşhur kriptovalyutasının qiyməti artıq 3-cü gündür ki, aşağı düşür. Onun rekord dərəcədə 20.000$-lıq qiymətindən kriptovalyuta 35% itirib. Bundan əlavə olaraq təkcə bitcoin deyil həmdə digər kriptovalyutaların da qiymətlərində düşüş var. Məsələn Ethereum son bir sutka ərzində 26.29% (640$) aşağı düşüb. Bitcoin Cash demək olarki 40% (2299$) aşağı düşüb. Hələ ki, kriptovalyutaların qiymətlərinin bu cür enişinin səbəbi mütəxəssislər tərəfindən bildirilməyib.
Şərh yoxdur